Bu gün:

Dərinizə qulluq edin, əgər bunlar varsa, dərhal hərəkətə keçin! D vitamini çatışmazlığının 5 əlamətini təqdim edirik.





Bir çox insanlarda görülə bilən dəri problemləri çox əhəmiyyətli sayılmasa da, əslində sağlamlığınızla bağlı ipucu verə bilər. Xüsusilə qışda dəri problemləri D vitamini çatışmazlığının göstəricisi ola bilər. Günəş şüalarının ən az olduğu bu aylarda tünd dərili və ya 50 yaşdan yuxarı insanların digər insanlar qədər D vitamini istehsal etmədikləri üçün D vitamini əlavələri qəbul etmələri tövsiyə olunur. Bu beş dəri problemi D vitamini çatışmazlığını göstərir.


1. Sızanaq-Dərinizin qışda daha pis göründüyü doğrudur, çünki sızanaqlar da D vitamini çatışmazlığının əlamətlərindən biridir. D vitamini dəridə iltihabı azalda bilər.


2. Solğun dəri-Vitamin D günəş işığına cavab olaraq dəri tərəfindən istehsal olunur. Əgər kifayət qədər D vitamini istehsal etmirsinizsə, dəriniz özünü düzgün şəkildə bərpa edə bilmir, bu da onun solğun görünməsinə səbəb olur.


3. İncə xətlər-D vitamini antioksidant rolunu oynayır. Bu o deməkdir ki, qırışlara və incə xəttlərə səbəb olan faktorlarla mübarizə aparır.


4. Quru dəri-Qış aylarında bir çox insanların dərisi quruyur. Bu, qismən istiləşmə nəticəsində quru hava ilə əlaqədardır, lakin bu həm də D vitamini çatışmazlığının nəticəsi ola bilər.


5. Tər-İnsanları çox narahat edən həddindən artıq tərləmə D vitamini çatışmazlığının əlaməti ola bilər.


Mənbə: Habertürk

Tərcümə etdi: Sayad Qoşnalıyeva


Paylaş
Şərh əlavə et