Bu gün:

Xərçəngdən ölən azərbaycanlı məşhurlar


Son illərdə dünyada və ölkəmizdə xərçəng xəstəliyindən ölənlərin sayının artdığı bildirilir.

Vəfat edənlərin sırasında Azərbaycanın məşhur simaları da var.

Onların siyahısını təqdim edirik:

 Şirbalanın məhəbbəti", "Kənddən gələn var, "Yuxu" və s. filmlərdə rol alan məşhur aktrisa Xanım Qafarova süd vəzi xərçəngindən əziyyət çəkirdi. Bu xəstəlik 2014-cü ildə, 47 yaşında onu həyatdan ayırdı.
Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən məşhur xanəndə, Xalq artisti Ağaxan Abdullayev isə 2016-cı ildə 66 yaşında vəfat edib.
 Sənət dünyasının amansız xəstəliyə tutulan nümayəndələrindən biri də rejissor 38 yaşlı Şahin Zəkizadə idi. O, 2017-ci ilin fevralın 16-da qan xərçəngi xəstəliyindən dünyasını dəyişib.
 Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi naziri (2006–2018), "Şöhrət" ordenli Yavər Camalov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Sabiq nazir 2018-ci ildə 68 yaşında vəfat edib.

45 filmdə rol alan, ömrünü teatr səhnələrində keçirən görkəmli teatr və kino aktyoru, Xalq artisti Fuad Poladov da 2018-ci ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Telejurnalist, aparıcı Natəvan Babayeva 20 iyul 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.
 Müğənni Xatun Əliyevanın qardaşı, stilist Balaş Əliyev isə 2021-ci ildə 38 yaşında beyin xərçəngindən ölüb.
Xalq artisti, Prezident təqaüdçüsü "Azdrama"nın aparıcı səhnə ustası Ramiz Novruz da uzun müddət mədə xərçəngindən müalicə alırdı. Bütün səylərə baxmayaraq aktyor bu ilin 21 fevralında gözlərini əbədi yumdu.
Uzun illər xərçənglə mübarizə aparan, tanımış aktrisa və aparıcı, "Toppuş" bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyeva (49 yaş) bu ilin yanvarında həyatla vidalaşdı.
Tanınmış jurnalist Nigar İsmayılqızı ötən il 34 yaşında qan xərçəngindən vəfat edib.

Hazırladı:Lalə Mənəfova

Paylaş
Şərh əlavə et