Bu gün:

Çiyələyin faydaları nələrdir?


Çiyələk rosaceae fəsiləsinin iyirmidən çox növü olan bir bitkidir. Bu növlər arasında ən çox tanınan və çox istehlak edilən bağ çiyələyidir. Çiyələkdə bol miqdarda kalsium, fosfor, dəmir və A, B və C vitaminləri var; Qısa müddətdə meyvə verdiyi və çoxalması asan olduğu üçün yetişdirilməsi sərfəli meyvədir.

Çiyələk mürəbbə, marmelad, tort, dondurma və meyvə şirələrinin hazırlanmasında tez-tez istifadə olunan yay meyvəsidir. Bu meyvənin xoş qoxusu və şirin dadı var. Kök, gövdə, yarpaq, çiçək və meyvə salxımlarından ibarətdir. Həm yarpaqları, həm də meyvələri qida sənayesində istehlakçılar tərəfindən istifadə olunur. Yarpaqları qurudulub çay kimi istehlak edilə bilər və ya smuzatlar və salatlarda təzə istifadə edilə bilər.

Hansı müalicələrdə çiyələyin faydaları göz qabağındadır?

Vitamin və minerallarla zəngin bir meyvə olan çiyələk tərkibində çoxlu fitokimyəvi maddələr var. Fitokimyəvi maddələr tərəvəz, meyvə, taxıl və paxlalı bitkilərin sağlamlığını qoruyan və sağlamlıq üçün faydalı olan kimyəvi maddələrdir. Tərkibində fitokimyəvi maddələr olan qidaların istifadəsi insan həyatına mənfi
təsir göstərən xərçəng, ürək-damar xəstəlikləri və şəkərli diabetin inkişafının qarşısını alır, mövcud xəstəliklərin müalicəsində dəstəkləyici təsir göstərir. Həmçinin, çiyələk yaxşı antioksidant mənbəyidir. Antioksidantlar orqanizm tərəfindən təbii olaraq istehsal olunan və qida ilə birlikdə xaricdən qəbul edilən və bədəndə hüceyrə zədələnməsinin qarşısını alan maddələrdir.

Bənzərsiz dadı və lif, manqan, C vitamini, kalium və fol turşusu kimi vacib vitamin və mineral tərkibi ilə; Təzə, emal edilmiş və ya dondurulmuş halda istehlak edilə bilən çiyələklərin insan sağlamlığı üçün çoxlu faydaları var.

Mənbə: Medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et