Bu gün:

Çay yoxsa qəhvə?


Çay yoxsa qəhvə?

Stimullaşdırıcı təsir göstərir

İnsanların çoxunun çay və kofedən istifadə etməsinin səbəbi əsasən eynidir: kofeinin stimullaşdırıcı təsiri. Səhər tiryəkiniz hələ partlamamışkən, çay və qəhvə mühərriki işə salan yağ kimidir. Tərkibinə görə qəhvə çaydan daha çox oyandırıcı təsirə malikdir. Bir fincan qəhvənin tərkibində 80 mq kofein olduğu halda, çaydakı stimullaşdırıcı maddənin miqdarı 40 mq-dır.
Lakin bu, stimullaşdırıcı təsirini tam əks etdirmir. Mütəxəssislərin fikrincə, yuxudan oyandıqdan sonrakı günə hazır olmaq hissi əsasən psixolojidir. Mütəxəssislər deyirlər ki, sevdiyimiz içkilər kofeindən çox daha təsirli olan dad və qoxularla hissləri stimullaşdırır.

Yuxuya təsir edir
Çay və qəhvə arasındakı ən böyük fərq gecələr özünü büruzə verir.
Mütəxəssislərin fikrincə, bütün gecəni oyaq qalanlar üçün qəhvə çaydan daha təsirli olur. Ancaq bu, axşam yeməyi yeyən və gecələr gec yatmayanlar üçün keçərlidir.

Çünki çox qəhvə içən insanlar gecə yatmaqda çətinlik çəkirlər. Əksinə, çaydan istifadə edənlər daha uzun və rahat yatır.
Dişlərdə ləkə

Həm qəhvə, həm də çay dişlərin saralmasına səbəb olur. Yaxşı, bu baxımdan hansı daha pisdir?
Çayın tərkibindəki təbii piqmentlər qəhvədəkilərdən daha asan diş minasına yapışır. Bu, məşhur inancın əksinə olaraq, çayın dişlərinizi daha saraltması deməkdir.

Psixoloji təsir
Çayın gərginliyi və yorğunluğu azaltdığını göstərən çoxlu elmi araşdırmalar var. Daim çay içən insanların psixoloji reaksiyalarının daha sakit olduğu da deyilir. Gündə üç fincan çay içənlərin depressiya riskini üçdə bir azaltdığı da məlumdur.

Mənbə: Ntv
Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et