Bu gün:

Asqıranda ürək həqiqətən dayanırmı?


Heyvanlar da daxil olmaqla, hamımız tez-tez asqırırıq. Elə isə asqırarkən “çox yaşa”, “sağlam ol” kimi sözlər deməyimizin səbəbi doğrudanmı ürəyimizin dayanmasıdır? Yoxsa bu tamamilə dezinformasiyadır? Burada sizin üçün araşdırdıq...

Asqırmaq bütün canlıların etdiyi hərəkətlərdən biridir. Xüsusilə mövsümi keçidlər zamanı allergiyanız varsa, buna çox tez-tez məruz qala bilərsiniz. Deyirlər ki, asqıranda ürəyimiz bir saniyə dayanır, amma bu məlumat tamamilə yanlışdır. Gəlin birlikdə həqiqətə nəzər salaq.

Asqırma hərəkəti, burnunuzdan və ya boğazınızdan məcburi hava buraxılması ilə bədəninizin qıcıqlandırıcıları aradan qaldırma üsuludur. Bu, adətən birdən və xəbərdarlıq etmədən baş verir. Buna sternutasiya da deyilir. Biz asqıranda ürəyimizin bir anlıq dayandığına inanırıq. Yaxşı, bilirsinizmi ki, illərdir doğru bildiyiniz məlumat əslində tamamilə yanlışdır! Amerika Kardiologiya Kollecinin keçmiş prezidenti Prof. Dr. Riçard Konti belə bir inancın asqırmaq insanların ürəyinin döyündüyünü hiss etdirdiyi üçün yayıldığını düşünür. Beləliklə, nəticədə ürəyə qan axınında dəyişiklik olduğu üçün bu qəfil, dramatik dəyişikliklər ürək dərəcəsinə təsir edə bilər, lakin ürək döyüntüsünü dayandırmır...

Mənbə: sabah.com

Tərcümə: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et