Bu gün:

Bir insanın “dəli” olduğunu necə anlamaq olar?


Bir insana psixoloji pozğunluq diaqnozu qoyulması üçün müəyyən meyarlar var. İlkin şərtlər onun düşdüyü vəziyyətin həyatına pis təsir edəcək səviyyədə olması, özünə və cəmiyyətə zərər verə bilməsidir. Əgər bu şərtlər yerinə yetirilirsə, bu zaman pozğunluğun inkişaf dərəcəsi müəyyən edilir. Xəstənin və ya müştərinin şikayətləri əsasında həkim və ya psixoloq diaqnostika kitabçaları ilə birlikdə qiymətləndirmə aparır və müvafiq diaqnozu qoyur.

Xəstənin xəstəxanaya yerləşdirilməsinə “psixoz” deyilir. Bu hal xəstənin xəyallar və reallığı bir-birindən fərqləndirə bilməməsi vəziyyətində tövsiyə olunur.  

Psixoloji pozğunluqları aşkar etmək üçün bir çox üsul və düşüncə məktəbi var. Bəzi pozğunluqlar (məsələn, şizofreniya) nevroloji anomaliyaların nəticəsi ola biləcəyi üçün tibbi görüntüləmə sistemlərində aşkar edilə bilər.

Bundan əlavə, bir çox testlər hazırlanmışdır. Bunlardan ən məşhuru Rorschach testidir. Bu testdə adama mürəkkəb ləkələrdən ibarət 10 kart göstərilir və gördüklərini söyləməsi xahiş olunur. Daha sonra həkim və ya psixoloq xəstənin cavabına əsasən uyğun olan dərəcəni deyir.

Bundan əlavə, şəxsin özü və cəmiyyət üçün təhlükə yaratmadığı halda, onun razılığı olmadan xəstəxana reabilitasiyasına göndərilməsi etik və mümkün deyil. Bunun üçün müvafiq müalicələr təyin edilir.

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et