Bu gün:

Sarı rəng və onun mənası


Sarı rəng günəşi təmsil edən bir rəngdir. Günəşin bizə enerji və xoşbəxtlik bəxş etdiyi kimi sarı rəngin də funksiyası bizə bol enerji və xoşbəxtlik verməkdir. Sarı rəng olduqca parlaq olduğu üçün göz qamaşdırır. İnsanın və ya mühitin enerjisini qarşı tərəfə əks etdirən xüsusiyyətə malikdir.

Sarı rəng zehni keyfiyyəti əks etdirir. Bu rəng zəka və ağıl rəngidir. Sarı rəng insanın diqqətini cəmləşdirməsində kömək edir.

Sarı rəng harada istifadə olunur?

Bu rəng əyləncə sahəsində çox məşhur bir rəngdir. Sarı rəngdən oyun meydançalarında, şou məkanlarında və xüsusilə, uşaqlar üçün nəzərdə tutulmuş bütün sahələrdə istifadə olunur. Sarı rəngdən televiziya proqramlarında da geniş istifadə olunur.

Sarı rəng uşaqlarda və gənclərdə, eləcə də böyüklərdə daimi diqqəti təmin edən rəngdir. İmtahanlar zamanı, sinif otaqlarında və ya iş masasında sarı rəngdən istifadə diqqəti cəmləməyə və məlumatı yadda saxlamağa kömək edir. Ancaq çox intensiv istifadə edilməməlidir. Çünki diqqət tələb edən mühitlərdə bu tip sıx istifadə bir müddət sonra narahatlıq yaratmağa başlaya bilər.

Sarı rəngi sevən insanlar kifayət qədər mehribandırlar, eyni zamanda emosionallıqdan da bir qədər uzaqdırlar.

Mənbə: IIENSTITU

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et