Bu gün:

Qasırğa nədir və necə yaranır?



Qasırğalar dünyanın ən güclü küləklərindəndir. Tropik təbiət hadisəsi olaraq görülən qasırğa bir insanın həyatına müsbət və ya mənfi təsir göstərə bilər. Qasırğalar okeanlarda və dənizlərdə baş verir. Onların yaranmasına səbəb havanın yüksək təzyiq mərkəzindən aşağı təzyiq mərkəzinə sürətlə hərəkət etməsidir.

Qasırğa nədir?

Saatda 75 mildən çox sürətlə əsən tropik küləyə qasırğa deyilir. Ən dağıdıcı və ən təhlükəli tropik fırtınalardan biri olan qasırğa isti suların üzərində baş verir. Qasırğalar ən çox Meksika körfəzində və Antil dənizində əmələ gəlir.

Qasırğalar necə əmələ gəlir?

Qasırğaların əmələ gəlməsi üçün aşağı hava təzyiqi, temperatur, tropik küləklər və nəmli okean havası lazımdır. Qasırğalar iyun-noyabr aylarında əmələ gəlir və su buxarı ilə qatılaşdırılmış istilik enerjisi ilə qidalanır. Okean səthində nəmli və isti hava sürətlə yüksəlməyə başlayır. İsti hava yüksəldikcə içindəki su buxarı qatılaşır və tufan buludları əmələ gəlir. Qasırğa yuxarıdakı havanın istiləşməsi və qalxması nəticəsində baş verir.

Mənbə: CNN Türk

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et