Bu gün:

Trigeminal nevralji dözülməz ağrıya səbəb olur


Üzdə elektrik cərəyanına bənzər ani və şiddətli ağrı ilə müşayiət olunur. Hər il orta hesabla 100 min adama 4-6 halda rast gəlinən trigeminal nevralji dərman və cərrahi üsullarla müalicə edilə bilər.

Göz ətrafında, alt və üst çənədə şiddətli ağrı ilə irəliləyir. Ağrı bəzən o qədər dözülməz olur ki, belə demək mümkünsə, xəstələrin həyatını acınacaqlı edir. İş o yerə çatıb ki, bu xəstəliyə xalq arasında “dəlilik xəstəliyi” və ya “dəli ağrı” deyirlər. Sözügedən xəstəlik ildə orta hesabla 100 min nəfərə 4-6 halda rast gəlinən trigeminal nevraljidir.

Ciddi bir sağlamlıq problemi olan, yüngül qəbul edilə bilməyən üçlü sinir nevralgiyası, tədbir alınmaqla qarşısı alına biləcək bir xəstəlik deyil. Beləliklə, trigeminal nevralgiyanın səbəbi nədir? Ən əsası, həyat keyfiyyətini ciddi şəkildə aşağı salan bu xəstəliyi müalicə etmək olarmı? Sağlamlıq Elmləri Universiteti Şişli Həmidiye Etfal Təhsil və Araşdırma Xəstəxanası Onurğa Beyin və Sinir Cərrahı Prof. Dr. Adem Yılmazla danışdıq.

Trigeminal, adından da göründüyü kimi, üç hissəli sinirdir... Birinci budaq göz ətrafına, ikinci budaq yuxarı çənəyə, üçüncü budaq isə alt çənəyə təsir göstərir. Trigeminal nevralji adətən birtərəfli olaraq sağda və solda baş verir. Bunun ikitərəfli olması çox nadirdir.

 Mənbə: TRT HABER 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et