Bu gün:

Thomas Gainsborough kimdir?


İngilis akademik klassik rəssam Thomas Gainsborough 1727-ci ildə Sudbury-də anadan olub.

Parça tacirinin oğlu idi. Uşaqlıqdan dərs almadan rəsm çəkməyə başladı və 14 yaşında yaşamaq üçün Londona getməli olub.

Londonda müxtəlif peşələrə qatılıb və təqaüdə çıxıh. Nəhayət, oyma və heykəltəraşlıq sahəsində qabiliyyətlərinə uyğun bir sahə tapıb. O, Martin-Leyn Akademiyasında, əsasən Hubert Fransua Qravelo, Frensis Heyman və Uilyam Hoqartın Akademiyasında oxuyub. 1748-ci ildə Londondan ayrıldı və Sudbury-də yerləşdi. Gənc yaşda evliliyi ona sənətinə tamamilə təslim olmağa imkan verdi.

Əvvəlcə, İpsviçdə, sonra Bathda yerləşdi. Şöhrəti şəhərin kənarında geniş yayılmışdı, eyni zamanda yuxarı sinif müştəriləri də var idi. Nəhayət 1774-cü ildə Londonda yerləşdi, Kral Akademiyasının üzvü seçildi; mənzərə rəsmində Uilsondan üstün, portretdə Reynoldsa bərabər hesab olunmağa başladı. Gainsborough, rəssamlıqda ən tipik ingilis olan bir rəssamlıq ustası və hər bir mövzunu nəcib bir şəkildə şərh edən bir rəssam sayılır.

Möhkəm təməli olan mənzərələri portret əsərləri qədər uğurludur. Portretlərində qadınları incə,  kübar edir, saçlarının cəlbediciliyini, geyimlərinin gözəlliyini vurğulayır, göz qapaqlarını əhəmiyyətli dərəcədə azaldır və canlı bir baxışla gözləri canlandırıb.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et