Bu gün:

Çox qəbul etməyimizə baxmayaraq, hüceyrələri alt-üst edirmiş


Hər cəhətdən sağlamlıq üçün faydalı olan milyonlarla qida maddəsi var.  Ancaq bu qidaların bəziləri eyni zamanda mütləq qəbul edilməməlidir.  Alternativ tibb mütəxəssislərinin, xüsusilə, xəbərdarlıq etdiyi bu qidalar eyni vaxtda qəbul edildikdə, hətta ölümə səbəb ola bilir.

Eyni mineral və vitaminlərə malik olan bu qidalar birlikdə qəbul edildikdə zəhərlənmə halları da baş verə bilər.


Süd və Qırmızı ət

Zülal və kalsium anbarı olan bu iki qida eyni anda qəbul edildikdə immunitetin çökməsinə səbəb olur. Həddindən artıq protein yüklənməsinə səbəb olan süd və qırmızı ət ciddi fəsadlara yol açır.

Düyü və Turşu

Hər iki qidada yüksək miqdarda salik turşusu var. Mütəxəssislər salik turşusunun yüklənməsinin hüceyrələrin sürətli bərpasına səbəb olduğunu qeyd ediblər. Faydalı görünsə də, düyü və turşu kimi qidaların eyni vaxtda qəbul edilməsi hüceyrə quruluşunun pozulmasına səbəb olur.

Soğan və Sarımsaq

Hər ikisi antibiotiklə zəngin qidalardır. Mütəxəssislər təkcə bu iki qidanın deyil, tərkibində antibiotik olan dərmanların da qəbul edilməməsinin vacibliyini qeyd ediblər. 

Mürəbbə və Bal 

Səhər süfrələrinin əvəzolunmaz iki ləzzəti olan mürəbbə və bal orqanizmdə qanın yüklənməsinə səbəb olur. Bu qanda insulinin səviyyəsini artırır. 

Qatıq və Turp

Qatıq və turp eyni zamanda qəbul edildikdə inanılmaz qaz sancılarına səbəb olur.  Bədən uzun müddət yığılmış qazı xaric edə bilmir.

Mənbə: CNN TÜRK

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et