Bu gün:

Ana südü uşaqlıqda piylənmə riskini azaldır


Almaniyada aparılan hərtərəfli araşdırma, körpəlikdə qidalanmanın sonrakı yaşlarda piylənmə riskinə təsir etdiyini ortaya qoydu. Tədqiqatçılar, belə nəticəyə gəliblər ki, 6 aydan çox ana südü ilə qidalanan uşaqların 9 yaşına qədər bədən yağları almayanlara nisbətən daha az olur.

Almaniyanın Hamburq şəhərində Avropa Diabet Tədqiqatı Assosiasiyasının illik toplantısında təqdim edilən yeni tədqiqat; körpələrin formula südü qəbulu, sərinləşdirici içkilərin erkən istehlakı və sonrakı uşaqlıq dövründə bədən yağının daha yüksək səviyyəsi arasında əlaqə aşkar edib. Bu məqamda ana südünün uşaqlıqda piylənmə riskini necə azaltdığı ilə bağlı bir sual da ortaya çıxıb. Tədqiqatçılar müəyyən ediblər ki, 6 ay və ya daha çox ana südü ilə qidalanan uşaqların 9 yaşına kimi, 6 ay ana südü ilə qidalanmayan (heç vaxt ana südü ilə qidalanmayan və ya 6 aydan az ana südü ilə qidalanan) uşaqlara nisbətən daha az bədən piyinə malik olur.  

Tədqiqatın nəticələri, həmçinin 18 aydan əvvəl sərinləşdirici içkilər içməyən uşaqların 9 yaşında daha az yağ kütləsinə malik olduğunu ortaya qoyub.  ABŞ-da aparılan araşdırmanın aparıcı tədqiqatçısı Ketrin Koen, "Əvvəlki bir çox araşdırmalar körpə qidalanması ilə uşaqlıqda artıq çəki və ya piylənmə riski arasındakı əlaqəni bədən kütləsi indeksinə əsaslanaraq araşdırıb. Tədqiqatımızda biz əvvəlki tədqiqatları genişləndirmək istədik",- deyib.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et