Bu gün:

Dünyanın mərkəzi hissəsi: Kito şəhəri


Yəqin ki, dünyanın mərkəzinin hansı şəhərdən və ya hansı ölkədən keçdiyini bilmirsiniz. Şəklə baxmağınız kifayətdir ki, şəkildə gördüyünüz yer dünyanın mərkəzi olan Kito(Quito) şəhəridir.

Əgər siz zolağın sağ tərəfində olsanız Şərq, sol tərəfində olsanız Qərbdə durmuş olacaqsınız.

Ekvadorun paytaxtı Kito maraqlı və orijinal şəhərdir. Bura bir çox qədim abidələrə malik olmaqla yanaşı, həm də dünyanın mərkəzi olaraq da turistləri cəlb edən bir şəhərdir.

Kito şəhəri haqqında bir çox maraqlı məlumatlar mövcuddur:

1. Kitoda iqlim soyuq və ya həddindən artıq isti olmayan bərabər və mülayimdir. Bundan əlavə, burada mövsüm dəyişikliyi yoxdur – bütün il boyu sadəcə isti yaydır.

2. Paytaxt bu hissələrdə yaşayan hind qəbiləsinin şərəfinə adlandırılıb.

3. Gecə ilə yanaşı, siesta da təhlükəli vaxt hesab olunur – günün ən isti vaxtı, təxminən günortadan axşam 2-3-ə qədər. Küçələr boşalır və təhlükəli vəziyyətə düşür.

4. Kitonun 2 milyon əhalisi var.

5. Son siyahıyaalmaya görə, Kito sakinlərinin təxminən 96%-İ savadlıdır.

6. Bu, həqiqətən də belədir. Qədim şəhərdir, əksər Avropa paytaxtlarından daha qədimdir. Şəhər 3 min ildən çox əvvəl burada yaranıb, Hindistanın Kitu əyalətinin paytaxtı olub.

7. Burada yerləşən San Fransisko kilsəsi Cənubi Amerika qitəsində ispanlar tərəfindən tikilmiş ən böyük binadır.

8. Piçinça vulkanı Kito yaxınlığında yerləşir və o, aktivdir. Onun zirvəsinə birbaşa kanat yolu ilə şəhərdən çıxa bilərsiniz və sərnişinlər təxminən 4,1 km hündürlükdə funikulyor kabinələrində daşınır.

Günümüzdə buraya turist axını çox sürətlidir. Bu ölkəyə gələn insanlar mütləq Kito şəhərinə də gəzinti təşkil edir, şəhərin tarixini əks etdirən abidələrlə yanaşı, mərkəz nöqtəsinə də baxmağa gedirlər.

Mənbə: Hürriyet 

Tərcümə etdi: Aytac Musayeva 



Paylaş
Şərh əlavə et