Bu gün:

Konformizm nədir?


Konformizm (sosial konformizm, uyğunluq) müəyyən bir qrupda və ya cəmiyyətdə qəbul edilmiş və ya dominant olanlara uyğun olaraq bir insanın normalarında, münasibətlərində, qavrayışlarında, rəylərində və davranışlarında dəyişiklikdir. Normlar isə başqaları ilə qarşılıqlı əlaqəni istiqamətləndirən, bir qrup şəxs tərəfindən paylaşılan gizli, xüsusi qaydalardır.

Uyğunluğa meyil həm kiçik qruplarda, həm də bütövlükdə cəmiyyətdə baş verir və həm şüursuz təsirin, həm də birbaşa qrup təzyiqinin nəticəsi ola bilər. Ancaq maraqlıdır ki, insan özü ilə tək olsa belə, konformizmə meyil edə bilər. Məsələn, insanlar televiziyaya baxarkən sosial normalara riayət edirlər.

Konformizmin növləri
Konformizmin bir neçə təsnifatı var. Konformizm rasional və irrasional ola bilər:
•Rasional davranış insanın müəyyən mülahizə və mühakimələrə əsaslandığı davranışı ehtiva edir. •İrrasional uyğunluq (sürü davranışı) insanın başqasının davranışının təsiri nəticəsində instinktiv, intuitiv və şüursuz proseslərin təsiri altında olarkən nümayiş etdirdiyi davranışdır.

Harvard psixoloqu Herbert Kelman uyğunluğun üç əsas növünü müəyyən edib:
 • Təslim olmaq sosial uyğunluqdur, baxmayaraq ki, insanın öz əqidəsi ola bilər. O rədd edilmək qorxusundan və ya cəmiyyətdə özünü təsdiqləmək istəyindən belə davranışa meyil edir.
• İdentifikasiya məşhur və ya sevimli kimi mühüm və ya məşhur biri kimi olmaq istəyidir. İdentifikasiya təslim olmaqdan daha dərin uyğunluq növüdür, çünki o, xarici və daxili səviyyələrdə baş verir.
•Daxililəşmə insan inanc və ya davranışı qəbul etdikdə və “mənbə” (rol modeli) etibarlıdırsa, onu açıq və gizli şəkildə nümayiş etdirdikdə baş verir. Bu, konformizmin ən güclü növüdür.
Mənbə: psychologos.ru
Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et