
İnsan psixologiyası insanların hərəkətlərini, psixi proseslərini və onların arxasında duran səbəbləri araşdırır. İnsanlar ətraflarında baş verən hadisələrə fərqli reaksiya verirlər. Şərtlər eyni olsa da, baş verən psixoloji və fiziki reaksiyaların fərqli olmasının səbəbi insanın psixoloji quruluşudur. İnsanların davranış modelləri onların psixi quruluşu ilə düz mütənasibdir. Bu səbəbdən psixi sağlamlığı zəif olan insanların davranış pozğunluqlarının olması normaldır. Məsələn, psixi cəhətdən sağlam bir insanın reaksiyaları ilə müqayisədə, psixi sağlamlıq pozğunluğu olan insanlar vəziyyətlərə həddindən artıq reaksiya verə bilər və ya əksinə, vəziyyətə həssaslıqla qala bilərlər. Psixoloji cəhətdən psixi problemləri olan insanlar başa düşülməli və bu insanlar psixiatrik müalicəyə yönəldilməlidir. İnsan psixologiyası psixi prosesdən keçir. İnsanların mahiyyətində ümumi hərəkətlər olsa da, insanlar duyğularını müxtəlif formalarda göstərirlər. Bu səbəbdən insanın təbiəti yaxşıca dərk edilməli və göstərilən fərqli reaksiyaların psixoloji səbəbləri ola biləcəyi unudulmamalıdır.
Mənbə:npistanbul
Tərcümə etdi: Ləman Əliyeva
