
Ad günlərində tort kəsmək və şam üfürmək ənənəsi qədim yunan mifologiyasına gedib çıxır. Ancaq bu gün ad günlərində tort kəsmək Almaniyada 18-ci əsrdə başlayan və bütün dünyaya yayılan ənənə nəticəsində ortaya çıxıb.
Ad günlərində tort kəsmək adəti tarix və məqsədə görə dəyişir. Kek sözü indiki mənasında desert mənasını versə də, onun tarixi inkişafına və dünyada istifadəsinə nəzər saldıqda “tort” adlandırmaq daha doğru olardı.
Ad günü tortunun məlum olan ən qədim tarixi Yunan sivilizasiyasına gedib çıxır. Qədim Yunan dövründə yunanların Artmesi kimi tanınan ay ilahəsi var idi. Artemisin ad günündə ona ay şəklində yuvarlaq tort təqdim edərdilər. Şamlar da ayın işığını təmsil edirdi. Bu ənənənin əsrlər boyu inkişaf edərək bütün dünyaya yayıldığı deyilir.
Almaniyada ad günü tortları daha məhşur olub. Müasir dövrdə Almaniya ad günlərini qeyd etməkdə xüsusi yerə malikdir. 13-cü əsrdə Almaniyada uşaqlara diqqət indikindən daha çox idi. Ad günləri səhərdən axşama kimi qeyd olunurdu. Ad günləri bayram kimi qeyd olunurdu. Ad gününü qeyd etmək üçün uşaq səhər tezdən yandırılmış şamlarla bəzədilmiş tort ilə oyandırılır, yemək vaxtı gələnə qədər şamların sönməməsi təmin edilirdi. Yemək yeməzdən əvvəl ad günü uşağı şamı üfürür və bayram başlayırdı.
Tortun üstünə xüsusilə 1 şam əlavə qoyulurdu.
Tortların üzərinə xüsusi olaraq uşağın yaşından daha bir şam qoyulurdu. Bunun səbəbi həyatınızın bir gün sönəcək işığını göstərməkdir. 15-ci əsrdə ad günlərini qeyd etmək üçün hazırlanan tortlar daha da yayılmağa başladı.
17-ci əsrdə yuxarı təbəqədən olan insanlar çox qatlı tortlar təqdim etdilər. Sənaye inqilabından sonra bütün sosial təbəqələr arasında geniş yayılan ad günü tortları 19-cu əsrdə bir çox Avropa ölkələrində populyarlaşdı.
Şamlar şər ruhları uzaqlaşdırmaq üçün üflənirdi.
Şam üfürmək adəti yunan mifologiyasından insanlara keçən bir ritualdır. Qədim dövrlərdə ad günlərində şər ruhların onlara baş çəkdiyini düşünən insanlar şamları üfürərək onları qovurdular. Bu gün arzu etmək üçün istifadə edilən şamlar eyni vaxtda sönsə, arzunuzun qəbul olunacağına inanılır.
Mənbə: Bright Side
Tərcümə etdi: Zəhra Niftiyeva
