Bu gün:

Azərbaycanın tanınmış filmləri


Bir çox sahələrdə olduğu kimi, Azərbaycan Mədəniyyət və İncəsənət sahəsində də həmişə öz sözünü deyib. Mədəniyyət və İncəsənət sahəsinin bir qolu olan kino və görkəmli rejissor və aktyorlarımızın nümayiş etdirdiyi filmlərimizdə mədəniyyətimizi öz gözəlliyi ilə bəzəyir. 
Hələ sovet dövründə çəkilmiş Azərbaycan filmləri istər dram, istərsə də komediya janrında olsun hər zaman yüksək peşəkarlıq və zövqlə çəkilirdi. Və ona görə də o dövrdə çəkilən filmlərimizdə insanlarımızı düşündürən və onları maarifləndirən fikirlər aşılanırdı. Filmlərdə boş söz yığını yoxdur, mənasız səhnələr bizi yormur və ən maraqlısı isə, bu filmlərə baxsaq da yenə də baxmaq istəyirik. Azərbaycanın kino və rejisorluq məktəbinin ərsəyə gətirdiyi 12 ən sevilən filmlərimiz hələ də tamaşaçılarımız ən çox sevərək izlədiyi filmlərdi. Bunlardan "Bəyin oğurlanması", "Təhminə və Zaur", "Bizim Cəbiş Müəllim", "Uşaqlığın son gecəsi", "Bəxt üzüyü", "Qaynana", "Arxadan vurulan Zərbə", "Yeddi Oğul İstərəm", "Nəsimi", "Şərikli Çörək", "Babək", "Axırıncı Aşırım", və s. "Bəyin oğurlanması"- "Azərbaycan film"  və kinostudiyasının istehsalı olan filmlərdəndir. Bu film 1985-ci ildə rejisor Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən çəkilmişdir. Baş rollarda Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov çəkilmişlər. "Bəyin Oğurlanması" filmi əsasən komediya musiqili janrında çəkilmişdir. Bu film gülbər düşərgələrimiz olan Şamaxıda çəkilmişdir. Filmin süjet xəttini paralel inkişaf edən iki hadisə təşkil edir.

Birinci süjet xətti kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışılır. Çəkiliş zamanı rejisor (Həsənağa Turabob) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Ona görə də rejisor uydurma toy səhnəsinin əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı olan əhvalatlar filmin ikinci süjet xəttində göstərilir. Burada tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. Bu əyləncəli kinokomediya janrında çəkilmiş filmdə hər şeydən əvvəl insan saədəti bu saədət uğrunda aparılan mübarizəni əks etdirir.

"Mostfilm" və "Azərbaycanfilm" kinostudiyalarının birgə məhsuludur. Filmin əsas süjet xətti Babəkin azadlıq hərəkatı filmin əsasını təşkil edir. Azərbaycan SSRİ-nin ən bahalı filmidir. "Babək" tammetrajlı bədii film rejisor Eldar Quliyev tərəfindən 1979-cu ildə ekranlaşdırılmışdır. Baş rollarda Rasim Balayev, Ənvər Həsənov, Həsənağa Turabov, Hamid Azayev, Amaliya Pənahova, Məmməd Verdiyev, Tamara Yandiyeva, Şahmar Ələkbərov və başqaları çəkilmişlər. Bu film Azərbaycan xalqının ərəb xilafətinin zülmünə qarşı apardığı mübarizə və xalqımızın qəhrəman oğlu , görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunmuşdur. Bu filmdə qəhrəmanın həyat yolu və fəaliyyəti öz əksini tapmışdır.

Azərbaycanfilm və kinostudiyasının digər istehsal etdiyi filmlərdən biri də "Bizim Cəbiş Müəllim" filmidir. Tammetrajlı bədii film 1969-cu ildə rejisor Həsən Seyidbəyli tərəfindən çəkilmişdir. Film dram-müharibə janrında çəkilmişdir. Baş rollarda Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Ziya Seyidbəyli, Nəsibə Zeynalova, Əliağa Ağayev, Aqil Ağacanov və başqaları çəkilmişlər. Bu film hərbi kinopovestdəki hadisələr İkinci Dünya Müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözüb, ailəsini halal zəhmətlə dolandırmağa çalışan vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Azərbaycan kinostudiyasının istehsalı olan ən çox baxılan və sevilən filmlərimizdən olan "Qaynana" filmidir. 1978-ci ildə rejisor Hüseyn Seyidzadə tərəfindən ekranlaşdırılmışdır. Film komediya musiqili janrındadır. Əsərin müəllifi Məcid Şamxalovdur. Baş rollarda Nəsibə Zeynalova-Cənnət, İnarə Quliyeva- Afət; Zərifə, İlham Namiq Kamal-İlqar, Tanilə Əhmərova- Sevda, Fuad Poladov- Ayaz, Səfurə İbrahimova - Sədaqət, Tələt Rəhmanov - Əli və başqaları çəkilmişlər.

Filmin süjet xətti əsasən mənəvi-məişət mövzusundadır. Burada hadisələr gənc bəstəkar olan Ayazın (Fuad Poladov) ailəsindən bəhs edir. Ayazın anası Cənnətin(Nəsibə Zeynalova) iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qaynana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Ailə məişət zəmində cərəyan edən konfliktlər getdikcə kəskinləşir. Əgər Ayazın dostu İlqar onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı... Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu film, həmçinin dövrümüzə yad olan köhnə adətənənələrində zərərli tərəfləridə ekranlaşdırılmışdır.


Hazırladı:Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et