Qərənfil çayının faydaları arasında diş və ağız sağlamlığına müsbət təsirləri ilk sıradadır. Diş ətlərinə rahatlıq verəcək mixək çayı, antibakterial quruluşu sayəsində ağız infeksiyalarının azalmasına da töhfə verəcək.
Həzm sisteminin nizamlı işləməsinə də kömək edən mixək çayı yeməkdən sonra yarana biləcək şişkinliyi azaldır. Həmçinin mixək çayının tüpürcək istehsalını artırdığı, beləliklə də qidaların daha asan həzm olunmasına imkan verdiyi düşünülür. Mixək çayı dəri sağlamlığı üçün də çox faydalıdır. Xüsusilə, quru dərinin nəm baxımından daha balanslı olmasına kömək edir. Dərinin yumşaqlığını qoruyub saxlamasını təmin edir və dərini qidalandıraraq, özünü yenilənməsini asanlaşdırır.
Qərənfil çayı ürəkbulanma kimi vəziyyətlərə qarşı da təsirli ola bilər. Həm də kəskin qoxusu ilə sizi təravətləndirir.
Qışda digər otlarla hazırlanmış mixək çayı soyuqdəymədən qorunmaq üçün istifadə edilə bilər. Öskürəyə yaxşı olan mixək çayı tənəffüs yollarını da rahatladır.
Antioksidant xüsusiyyətləri ilə tanınan mixək çayı bədəndən toksinlərin çıxarılmasında da təsirlidir. Qərənfil çayının tərkibindəki antioksidant komponentlər orqanizmin özünü yeniləməsinə kömək edəcək.
Tərkibindəki bəzi aktiv maddələr sayəsində mixək çayına sidikqovucu kimi də üstünlük vermək olar.
Vitamin və minerallarla zəngin mixək çayı immunitet sistemini gücləndirir. Həssas bədəni olan insanların xəstəliklərə qarşı daha davamlı olmasına kömək edir.
Mixək çayı saç və dırnaqlar üçün də faydalıdır. Soyudulmuş mixək çayı saça çəkilə bilər. Saç köklərini və baş dərisini qidalandıran soyudulmuş mixək çayı canlı və dolğun saçlara sahib olmağa imkan verir.
Bu çay sinir sisteminə də rahatlaşdırıcı təsir göstərir. mixək çayı stressi aradan qaldırmağa kömək edir və özünüzü daha yaxşı hiss edirsiniz.
Ağız qoxusuna qarşı tez-tez istifadə edilən diş formalı qərənfillərlə yanaşı, mixək çayı da ağız gigiyenasının saxlanmasını asanlaşdırır. Ağızda meydana gələ biləcək bir çox infeksiyaya qarşı təsirli bir müdafiə vasitəsi olan mixək çayı ağız sağlamlığına əhəmiyyət verənlərə tövsiyə edilir.
Allergik reaksiyalardan və müxtəlif mənfi təsirlərdən özünüzü qorumaq üçün mixək çayı içməzdən əvvəl həkiminizlə məsləhətləşin.
Mənbə: Nefisyemektarifleri
Tərcümə etdi: Gülay Qəribova
