Bu gün:

Uğurlu olmağın yolları


İmtahanda iştirak edən bütün tələbələr gərgin təhsil dövründən keçirlər. İmtahanların sonunda bəzi tələbələr istədiyi uğura nail olur, bəziləri isə yox. Müvəffəqiyyətli tələbələrin əksəriyyətinin bu hazırlıq prosesini çox yaxşı qiymətləndirdikləri və dərslərini səmərəli öyrənmə üsullarını bilərək öyrəndikləri müşahidə edilmişdir.

• Səmərəli iş
• Hədəfin yaxşı müəyyənləşdirilməsi
• Özünüzə uyğun yaxşı bir təhsil planı hazırlamaq
• Məktəbdə dərsləri diqqətlə izləmək
Dərs zamanı qeydlərin aparılması
• Boş vaxtdan səmərəli istifadə etmək
• Səbirli olmaq
• Kömək istəmək
• Həmişə pozitiv düşünün
Lazımsız stimulları aradan qaldırın ki, onlar təhsilinizə mane olmasın.
• İş mühitinin ən yaxşı şəkildə hazırlanması
• Özünüzə vaxt ayırın
Həyatımız və məqsədlərimiz
Məqsəd müəyyən bir zamanda çatılacaq nöqtədir. Hamımızın gələcək haqqında çoxlu düşüncələri var. Həyatımızda tamaşaçı deyil, aparıcı aktyor olmaq istəyiriksə, ilk növbədə bunun gətirəcəyi məsuliyyətləri öz üzərimizə götürməli olacağıq. Yəni həyatımızla bağlı qərarlar qəbul etməli, məqsədlərimizi müəyyən etməli və bu qərarların üzərinə düşən vəzifələri yerinə yetirməliyik.

"Bədbəxtliyə dözə bilərsiniz, çünki o, kənardan gəlir və tamamilə təsadüfidir, halbuki həyatda bizi həqiqətən incidən şey etdiyimiz səhvlərə görə peşman olmaqdır." ~Oskar Wilde~

Plan qurmaq

Tələbələrin böyük bir hissəsi dərslərini başa çatdıra bilməməkdən, yazılarının üst-üstə düşməsindən şikayətlənir. Onlar vaxtın azlığından şikayətlənirlər. Bu
problemlərin çoxu plansız işləmək və ya plana əməl etməməkdən yaranır. Bu problemləri aradan qaldırmaq üçün yaxşı plan qurmaq və bu plana uyğun öyrənmək lazımdır. Bütün bu işləri görərkən isə motivasiya mühüm rol oynayır.

Mənbə: Adaozelogretim

Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et