Bu gün:

Saç tökülməsinin səbəbləri


Saç tökülməsi adətən genetik mənşəli olsa da, müxtəlif xəstəliklərə görə də yaşana bilər. Bundan əlavə sinüzit, infeksiya və bağırsaq parazitləri kimi müvəqqəti xəstəliklər saç tökülməsinə səbəb olur, B12, maqnezium, sink və dəmir çatışmazlığı da saç tökülməsinə səbəb olur.

Saç tökülməsi saç sağlamlığımız üçün zəruri şərtdir. Zəifləmiş saçlar yenilənmək üçün tökülür və saç köklərindən sağlam saçlar çıxır. Ancaq bu, müəyyən bir nisbətdə olmalıdır. Elmi olaraq saç tökülmə sürəti ümumi saç tellərinin on faizini keçdikdə, bu, sağlam olmayan bir tökülmənin olduğunu və bir dermatoloqa müraciət etməyin faydalı olduğunu bildirir.

Gündəlik təmizlik və müntəzəm saç baxımı saç tökülməsinin qarşısını ala bilər. Saç tellərinin sağlamlığı üçün saç köklərinin nəfəs alması çox vacibdir. Bu səbəblə saç dərisi müəyyən aralıqlarla yuyulmalı, yuyarkən saçlar yumşaq hərəkətlərlə təmizlənməli, saçların hər an təmiz olmasına diqqət yetirilməlidir. Əksər şampunlarda olan, şampunları köpükləndirən, həmçinin camaşırxana və qabyuyan yuyucu vasitələrdə olan maddələr baş dərisinin sağlamlığını pozur, saç tellərini zədələyir. Ona görə də saç sağlamlığı üçün ucuz şampunlardan uzaq durmalı, təbii tərkibli sabun və şampunlara üstünlük verilməlidir.

Saç niyə tökülür?

Kişilərdə saç tökülməsi yetkinlik dövründən sonra baş verir. Kişi genetikası saç tökülməsinə daha çox meylli olduğundan, keçəllik daha sonrakı yaşlarda baş verir. Saç tökülməsi qadınlarda daha az müşahidə edilsə də, fərdi gen fərqliliyindən qaynaqlanır. Stressli həyat, qalxanabənzər vəzi hormonlarının balanssızlığı, doğum nəzarət həblərinin istifadəsi, doğum prosesi, əmizdirmə prosesi, menopoz dövrü qadınlarda saç
tökülməsinə səbəb olur. Saç baxımı adı altında həyata keçirilən perm, fen və s. Digər prosedurlar baş dərisinin həddindən artıq istiyə məruz qalmasına və uzun müddətdə saç tökülməsinə səbəb olur.

Mənbə: Medicalpark
Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et