Bu gün:

Müntəzəm səhər yeməyinin faydaları


Xüsusilə, inkişaf çağında olan uşaqlar üçün son dərəcə faydalı olan səhər yeməyi, vaxt azlığından çox vaxt yeyilməsə də,günün ən əhəmiyyətli yeməyidir.

Sağlam səhər yeməyi bədəninizin gün ərzində ehtiyac duyduğu qidaları almasına kömək edəcək. Beləliklə, aclıq səviyyənizi və qan şəkərinizi balanslı saxlayacaq. Gün ərzində nahar və şam yeməyində daha balanslı seçimlər etməyə kömək edəcək. Bundan əlavə, proteinlə zəngin səhər yeməyi gün ərzində daha az kalori almağınızı və fiziki fəaliyyətlərdə daha enerjili olmanızı təmin edir. Sağlam səhər yeməyi bədənə qan pompalayır və əzələlərinizin güclənməsinə kömək edir. Eləcə də günə səhər yeməyini atlayaraq başlamaq enerji itkisinə səbəb olur. Səhər yeməyi yeməyən insanlarda gün ərzində aclıq hissi səhər yeməyi yeyənlərə nisbətən daha çox olur.

Gün ərzində halsızlıq  yorğunluq, konsentrasiyanın olmaması, yuxululuq kimi problemlər ümumiyyətlə səhərlər səhər yeməyi yeməyən insanlarda görülən problemlərdir. Əgər səhər yeməyi yeməsəniz, qan şəkəriniz balanslaşdırıla bilməz və beyin kifayət qədər qlükoza qəbul edə bilməz. Bu vəziyyət konsentrasiyanın azalmasına, eləcə də diqqət dağınıqlığına səbəb ola bilər və uzun müddət davam etdikdə nizamsız qidalanma səbəbiylə fərqli fiziki problemlər ortaya çıxa bilər.

Kilo almağın ən əhəmiyyətli səbəblərindən biri yavaş metabolizmdir. Tez-tez və az-az yediyiniz pəhrizdə bədənin qan şəkəri balanslı qalır və maddələr mübadiləsi daha sürətli işləyir. Səhər səhər yeməyi yeyilmədikdə, günorta saatlarında aclıq hissi yaranır və daha çox qida qəbul etmək istəyi yaranır ki, bu da balanssız qidalanmaya gətirib çıxarır və artıq çəki artımına səbəb olur. Səhər sağlam səhər yeməyini yeyib gün ərzində bədəninizin ehtiyac duyduğu vitaminləri, mineralları, zülalları, kalsium və kaliumları lazımi nisbətlərdə qəbul edib, rutin halına saldığınız zaman çox daha enerjili və sağlam olmaq mümkündür.

Mənbə: Koska

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et