
“Yuxuda gəzmək” çox geniş yayılıb. Yuxu zamanı şüurun yuxuda olmasına baxmayaraq, hiss orqanlarının aktiv olması ilə bağlı olduğu düşünülür. Yuxuda gəzmək irsi və ya psixoloji xəstəliyin əlaməti də ola bilər. Bundan əlavə, beyin damarlarının sərtləşməsi və ya aşağı qan şəkəri də yuxuda gəzməyə səbəb ola bilər. Çünki, bu hallarda beyin kifayət qədər oksigenlə təmin oluna bilmir.
Kifayət qədər oksigenlə təmin olunmayan beyin öz funksiyalarında çaşqınlıq yaşayır və yuxu ilə oyaqlığı ayırd edə bilməyərək motor bacarıqlarını aktiv şəkildə istifadə etməyə başlayır.
“Yuxuda gəzənlər” evdən çıxsalar, ən çox getdikləri yerlərə gedərlər. Belə ki, iş adamı yuxuda gəzirsə, hətta maşına minib işə gedə bilər. Çünki bu zaman insan huşunu itirsə də, onun motor bacarıqları aktivləşir və motor yaddaşı ona avtomobil idarə etməyə, yolları əzbərləməyə imkan verir. Bu səbəbdən evdə yuxuya gedən insan varsa, qapı bağlanmalı və evdə təhlükəsiz ərazi yaradılmalıdır.
“Yuxuda gəzinti” mütləq müalicə edilməlidir. Çünki insan həyatı boyu başqa insanların nəzarətində qala bilməz və bu vəziyyət idarə olunmayanda bir çox qəzalara səbəb ola bilər. Bu səbəbdən də diqqətdən kənarda qalmamalı, söyləməkdən çəkinməməli və ən qısa zamanda müalicə edilməlidir.
“Yuxuda gəzintidə” olan şəxs ilə nə etmək olmaz?
Cəmiyyətdə yuxuda gəzən və yuxuda danışanların sayı əhəmiyyətli dərəcədədir. Bu vəziyyət çox vaxt ətrafa maraqlı və gülməli görünür. Bu vəziyyətin şahidi olan insanlar somnambulizm olan insanı danışdırır, yönləndirir, suallar verir və onları özlərinə görə daha gülməli vəziyyətə salmağa çalışırlar. Amma unutmaq olmaz ki, bu insanlar bir anda oyanıb şüurlu həyata qayıda bilirlər. Və bu, nəzarətsiz şəkildə baş verərsə, yuxu xəstəsi olan şəxsin huşunu itirməsinə, şoka girməsinə və ya hətta bir daha danışa bilməməsinə səbəb ola bilər. Beləliklə, yuxuda danışan və ya yuxuda gəzən bir insan görsəniz, sakitcə qolundan tutub yatağa geri qaytarın və heç vaxt onu danışdırmağa və ya yönləndirməyə çalışmayın.
Mənbə: tahlil.com
Tərcümə etdi: Sevil İsmayılova
