Bu gün:

Həyatın özəyi-İdman


Həqiqətən də ən böyük nemət sağlamlığın özüdür. İnsanın canındakı sağlamlıq olmasa, həyatın anlamının nə mənası olar ki? Əslində, bizə çox sadə tapşırıq düşür. Sağlamlığı qorumaq...


Sağlam həyat tərzinin özəyini idman təşkil edir.


İdman hər birimiz üçün vacibdir. Həmçinin xəstəliklərlə mübarizədə uşaqların sümüklərin düzgün inkişaf etməsi və insan bədəninin sağlam olması üçün idman həyatımızda əvəzsizsiz rol oynayır. Sağlam yaşam üçün bir-birindən fərqli idman  növləri ilə məşğul olmaq məqsədə uyğundur. Dünyada məşhur olan 4 idman növünə nəzər salaq:


1. Voleybol


Bu idman növü 1895-ci ildə ABŞ-də bədən tərbiyəsi müəllimi Uilyam Morqan tərəfindən yaradılmışdır.Uilyam Morqan voleybolu ‘’Mintonette’’ adlandırmışdır. Morqan tennis toruna nəzər salmış və voleybol üçün məhz bu toru seçmişdir. O torun uzunluğunu 183sm-ə qədər yüksəltm və bu da orta insan boyunun bir qədər üzərində idi. Morqan voleybol topunu basketbol topunun elastik materialına əsas hazırladıb.Topun ağırlığı 260-280 qramdır, çevrəsi isə 65-67 santimetrdir. Komanda hissəyə bölünür və hər komandada 6 oyunçu olur.


2. Basketbol


ABŞ-ın Massaçusets əyalətində, Sprinfild məktəbində bədən tərbiyəsi müəllimi Ceyms Naismit tərəfindən 1891-ci ildə yaradılmışdır. Oyunda məqsəd topu səbətə daxil etməkdir. İkili olan komandada hər komandada 7 oyunçu olur. Oyunçular 20 dəqiqə ərzində oyun sahəsində dövr edərək komandasına xal qazandırmağa çalışırlar. 1984-cü ildə basketbol topunun ölçüsü 76.2-81.3 sm-ə qədər artdı.


3. Futbol


Futbolun klassik tarixi yoxdur.Tarixi mənbələrə əsasən hələ ıv-v əsrlərdə müxtəlif ölkələrdə futbol oyunun mövcudluğu haqqında məlumat vardır. Hər biri 11 oyunçu olmaqla 2 komandaya bölünür. Topun çəkisi  410-450 qram olur və çevrəsi 68-70 santimetrdir. Maraqlı məlumata əsasən futbol topu heyvanların sidik kisəsindən hazırlanırdı və ona güclü zərbə vuranda tez sıradan çıxırdı.


4. Gimnastika


Gimnastika’’ termini b.e.ə v əsrdə qədim Yunanıstanda meydana gəlmişdir. Gimnastik hərəkətlər bədənə,çeviklik, güc və  cəldlik verir. 
Gimnastika rəqs hərəkətlərinin müşayiəti ilə alətsiz  və alətlərlə, bir sözlə-ip, halqa, top, gürzlər və lent vasitəsilə icra olunan idman növüdür.


Hazırladı:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et