Yumurta bədənimizi ən yaxşı şəkildə qidalandıran dəyərli enerji tədarükçüsü kimi birinci yerdədir. Zülaldan əlavə, vitamin D, B12, K və Biotin kimi vitaminlərlə, həmçinin minerallarla, xüsusilə, selen və dəmirlə zəngindir.

Yumurtanın bədənə təsiri:
1. Yumurta sizi gözəlləşdirir
Dərinin və saçın gözəlliyi üçün vacib olan yumurta sarısı B vitamini, zülal və kükürdlə zəngindir. Qırılan saçlar yenidən elastik olur və dəridəki ləkələr azalır. Sink saçların uzanmasını da dəstəkləyir.
2. Yumurta qaraciyəri gücləndirir
Yumurtada olan lesitin bağırsaq mukozasını qoruyur və qaraciyəri detoksifikasiya səylərində dəstəkləyir.
3. Yumurta beyin qidasıdır
Səhər yeməyi yumurtası boz hüceyrələri gücləndirmək üçün idealdır: Tərkibində daha əvvəl qeyd edildiyi kimi, beynimiz üçün bir növ yanacaq rolunu oynayan çoxlu lesitin var. Qısamüddətli yaddaş performansı yumurta yedikdən cəmi iki saat sonra nəzərəçarpacaq dərəcədə artır.
4. Yumurta arıqlamağınıza kömək edir
Sizi tox tutduğu üçün arıqlamaqda çox təsirlidir.
5. Yumurta immunitet sistemini gücləndirir
İmmunitet hüceyrələri yaratmaq üçün orqanizmin zülal tikinti bloklarına ehtiyacı var və yumurta xüsusilə yüksək protein dəyərini təmin edir. Yumurta sarısının tərkibində bədən hüceyrələrini sərbəst radikalların hücumundan qoruyan karotin də var.
6. Yumurta sümükləri və dişləri gücləndirir
Kalsiumun düzgün mənimsənilməsi üçün lazım olan D vitamini olmadan sümüklər zəifləyir. Çatışmazlıq uşaqlarda raxit, böyüklərdə isə osteoporoza səbəb olur. Yumurta təbii D vitamini mənbəyidir. Stressə qarşı, gözləriniz üçün, əzələləriniz üçün, qan azlığına qarşı və daha bir çox əhəmiyyətli faydaları olan yumurtaları həyatınızda qaçırmayın. Bunun üzvi olduğuna əmin olun.
Mənbə: yabyoo
Tərcümə etdi: Nuray Mürsəlova
