Ayrılıq və ya itki qorxusu ilə bağlılıqdan qorxmaq, xoşbəxtlikdən qaçmaq və bədbəxtlik qorxusu ilə əlaqə qura bilməmək. Bir şeyin varlığı sizi nə qədər xoşbəxt edirsə, onun yoxluğu və ya yox olma ehtimalı bir o qədər qorxulu və narahatedicidir.

Ayrılıq və ya itki ağrısı ilə mübarizə bəziləri üçün dözülməz ola bilər və bu səbəbdən də insan özünü saxlayır, hisslərini gizlədir, münasibətdə özünü büruzə vermir. Bağlanma qorxusu olan fərdlər, ümumiyyətlə, münasibətlərindəki qarşı tərəfin onları olduğu kimi qəbul etməsini gözləyir.
Onlar münasibətdə olduqları zaman təzyiq altında hiss edirlər və qarşı tərəfin gözlədiyi diqqətdən şikayətlənirlər. Onların ən böyük çatışmazlıqları emosional olaraq qarşı tərəfə aça bilməmələridir. Çünki bağlılıq qorxusu olan insanlar üçün emosional olaraq özünü açmaq təslim olmaq deməkdir. Bu insanlar çox vaxt həyatlarını təkbaşına davam etdirmək istəyirlər.
Bağlılıq qorxusu olan insanlar münasibətlərinin sona çatmasından qorxurlar, mövcud vəziyyətlərindən narazıdırlar, keçmiş təcrübələrində ilişib qalırlar və qarşı tərəfin doğru insan olub-olmadığını soruşurlar. Bağlanma problemi olan insanlar münasibətdə boğulduğunu hiss etdikdə, əlaqənin udub məhv olacağından qorxaraq qaçmağa başlayırlar. Bağlanma problemi olan insanlarla münasibətlərinizdə onların uzaqlaşdığı vaxtları şəxsən qəbul etməməlisiniz.
Əgər uzaqlaşırsa, bunun narahatlığının yüksək olması və əsəbi olması ilə bağlı olduğunu xatırlamalısınız. Həddindən artıq maraq göstərməkdən və həddindən artıq diqqət gözləməkdən çəkinin. Digər insanın sərhədlərini tanıyın, şəxsi məkanına girməyin və müdaxilə etməyə çalışmayın. Tez-tez söhbətlərdən və daimi mesajlaşmalardan çəkinin.
Mənbə: Yaraticiebevey
Tərcümə etdi: Rəhimə Cəmilova
