Biz balacalıqdan analarımızdan həmişə “dik dur” sözünü eşitmişik. Bəs hər kəsin ağzında olan bu ifadə niyə bu qədər önəmlidir? Dik durmaq həm sağlamlıq, həm də fiziki cəhətdən bədənimizə təsir edir, həm də şəxsi münasibətlərdə mühüm faktor olan özümüzə inamımızı böyük ölçüdə dəyişir.

Niyə dik durmalıyıq?
Şimal-Qərb Universitetinin bu il apardığı araşdırma duruşun əhval-ruhiyyə ilə birbaşa əlaqəli olduğunu ortaya çıxardı. Araşdırmanın nəticələrinə görə, insanlar duruşlarını düzəldəndə özlərini daha xoşbəxt və güclü hiss edirlər. Duruşumuzun yaratdığı bu hiss verdiyimiz qərarlara böyük təsir edir. Bunun əksi, əyri duruş əhvalımızı pis enerjiyə sürükləyir və özümüzü zəif və depressiyaya salır.
Mənbə: Sportmen.barcin
Tərcümə etdi: Rəhimə Cəmilova
