Bu gün:

Derealizasiya nədir?


Depersonalizasiya-derealizasiya insanın davamlı olaraq özünü öz bədənindən kənardan müşahidə edirmiş kimi hiss etməsi və/yaxud ətrafındakı əşyaların və insanların gerçək olmadığını hiss etməsi vəziyyətidir. Bu vəziyyət insanda böyük narahatlığa və yuxuda yaşamaq hissinə səbəb olur. Bu vəziyyət gündəlik həyatda bir çox insanın başına gələ bilər. Bununla belə, əhalinin yalnız 2%-I dissosiativ pozğunluq diaqnozu qoyulacaq qədər tez-tez bu vəziyyəti yaşayır. Bu pozğunluq insanların gündəlik həyatlarında funksionallıq səviyyəsinə mənfi təsir göstərə bilər. Bu pozğunluğu yaşayan insanlar ümumiyyətlə travmatik hadisələr və təcrübələr keçirmiş insanlardır. Bu pozğunluq epizodlar şəklində özünü göstərir və saatlar, günlər, həftələr və hətta aylarla davam edə bilər.

Simptomlar

Simptomlar adətən epizod şəklində olur. Gəlib gedə bilərlər.

Dumanlı ətrafın illüziyası, yuxuda olmaq hissi;

Zamanın qavranılmasında səhvlər;

Sanki keçmişdə baş vermiş bir hadisə sizə çox yaxın görünür;

Cisimlərin ölçüsü, forması və məsafəsi haqqında yanlış təsəvvürlər;

Simptomlar demək olar ki, həmişə narahatlıq verir və şiddətli olduqda son dərəcə dözülməzdir. Anksiyete və depressiya tez-tez bu pozğunluqla müşayiət olunur. Bəzi hallarda geri dönməz beyin zədələnməsindən və ya dəli olacaqlarından qorxurlar. Digərləri onların həqiqətən mövcud olub-olmaması ilə maraqlanır və ya qavrayışlarının gerçək olub olmadığını müəyyən etmək üçün dəfələrlə yoxlayır. Bununla belə, xəstələr həmişə öz qeyri-real təcrübələrinin real olmadığını, əksinə hiss etdikləri kimi olduğunu (yəni, bütöv reallıq testinə sahib olduqlarını) saxlayırlar. Bu məlumatlılıq depersonalizasiya/derealizasiya pozğunluğunu bu cür anlayışın həmişə çatışmadığı psixotik pozğunluqdan fərqləndirir.

Mənbə: Evimdekipsikolog

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et