Bu gün:

Kosmetik məhsullarda olan zərərli maddələr


Kosmetik məhsullar alarkən onların tərkibini diqqətlə oxuyuruq. Ancaq elə vaxtlar olur ki, hansı məhsulların dərimizə faydası və ya zərəri olduğunu bilmirik.

1. Parabenlər

1930-cu illərdən kosmetik məhsulların təravətli qalması üçün istifadə edilən parabenlər, son illərdə aparılan araşdırmalar nəticəsində xərçəngə səbəb ola biləcəyi şübhəsi ilə getdikcə daha az istifadə olunmağa başlayıb. Onların kanserogen tərkib hissəsi olduğu hələ sübut olunmasa da, daha çox araşdırma aparılana qədər tərkibində paraben olan məhsullardan uzaq durmaq istəyə bilərsiniz.

2. Sulfatlar

Sulfatların kanserogen olduğu sübuta

yetirilməsə də, tərkibində sulfat olan şampun və kondisioner kimi məhsullar suyu və yağı özünə çəkərək dərini təmizləmək üçün istifadə olunur. Odur ki, onları dərinizə tətbiq etsəniz, dərinizin yağ balansını poza, quru və həssas dəriyə səbəb ola bilərsiniz.

3. Ətir

Həssas dərini daha da qıcıqlandıra bilən ətirlər və ya süni boyalar kimi maddələr normal olaraq həssas və ya qırmızı olmayan dəriyə də zərər verə bilər. Eyni zamanda məhsulun içərisinə qoyulan ətir bəzi istehlakçılarda allergiyaya və hətta fertillik problemlərinə səbəb ola bilər.

4. Alüminium

Alüminium istifadə edildikdə estrogenləri təqlid edən təsirlərə səbəb olaraq endokrin sisteminizin təbii tarazlığını poza bilər. Adətən tər əleyhinə məhsullarda olan alüminiuma alternativ olaraq təbii tərkibli dezodorantları seçə bilərsiniz.

5. Ftalatlar

Ümumiyyətlə, plastik məhsulların elastikliyini artırmaq üçün istifadə edilən ftalatlar kosmetik məhsulların dərimizə daha yaxşı yapışmasını təmin edir. Ancaq istifadə edildikdə, bədənin hormonal tarazlığını pozur və xüsusilə körpə gözləyən qadınlar üçün risk yaradır. ABŞ-da bəzi uşaq məhsullarında istifadə edilməsi qanuni olaraq qadağan edilən ftalatların kosmetik məhsullarda istifadə edilməməsi faydalı olardı.

Mənbə: Buseterim

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et