
Günəş şüalarının faydaları
Günəş şüalarından az miqdarda və doğru zamanlarda istifadə etsəniz, görmə orqanınızda (gözlərdə) günəş şüalarından çox müsbət təsir ortaya çıxar.
Günəş şüaları depressiyanın qarşısını alır.
Günəş şüalarının psixologiyaya yaxşı təsir etdiyi və depressiyaya qarşı da faydalı olduğu sübut edilmişdir.
Günəş şüaları D vitamini səviyyəsini artırır.
Bədənimiz üçün son dərəcə əhəmiyyətli olan D vitaminini çöldən alacağımız bir qida yoxdur. Ya dərman preparatıyla, ya da günəşdən alınır. Ən sağlıqlı olanı günəşdən alınan D vitaminidir. Gündəlik olaraq səhər saatlarında saat 10-a qədər və 16:00-dan sonra olan günəş işığında 15-20 dəqiqəlik ovuc içlərini günəşə doğru tutsanız, bədəninizin yetəri qədər D vitamini depolamasını təmin etmiş olacaqsınız.
Günəş şüalarının zərərləri
Təəssüf ki, yanlış zamanda və səhv şəkildə istifadə edilən günəş şüaları ölümcül təsir yarada bilir. Sıx görülən dəri xərçənginin ən böyük səbəblərindən biri günəş şüalarıdır.
Yanlış günəş vannası qəbul etmək bədəndə qalıcı günəş ləkələri meydana gəlməsinə səbəb ola bilər.
Günəş erkən yaşlanmaya səbəb ola bilər. Xüsusilə, üz günəş şüalarına qarşı çox müdafiəsizdir.
Mənbə: HospitalTürk
Tərcümə etdi: Aminə Paşazadə
