Bitki çaylarından sağlamlıq üçün təbii üsul kimi istifadə olunur. Bu çayları müxtəlif hazırlanma üsulları ilə yarpaqlar, köklər və meyvələr ilə dəmləmək olar. Bitki çayları antiinflamatuar, antioksidant və ya immuniteti gücləndirən, həmçinin sakitləşdirici və ya enerji verən xüsusiyyətlərə malik ola bilər.

Çobanyastığı
Çobanyastığı, min illərdir, istifadə edilən sakitləşdirici və rahatlaşdırıcı xüsusiyyətləri ilə tanınan bitkidir. Anksiyete və stressi azaltmaqla yuxu problemlərinə kömək etdiyi bilinir.
Çobanyastığı çayı həzm sistemi üçün də faydalıdır. Mədə kramplarını sakitləşdirməyə və həzmsizliyi aradan qaldırmağa kömək edə bilər.
Zəncəfil
Zəncəfil min illərdir, ənənəvi tibbdə istifadə edilən kökdür və sağlamlığa faydaları ilə məşhur bir bitkidir. Həzm problemləri, ürəkbulanma və qusmalara qarşı faydalı olan iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Bundan əlavə, zəncəfil antioksidan xüsusiyyətləri sayəsində bədəndə hüceyrə zədələnməsinin qarşısını ala bilir. Zəncəfil çayı, xüsusilə, tənəffüs problemləri üçün faydalıdır.
Nanə
Nanə təravətləndirici xüsusiyyəti ilə tanınan bir bitkidir və əsrlər boyu istifadə olunur. Sərinləşdirici və sakitləşdirici xüsusiyyətləri sayəsində baş ağrısı, əzələ ağrıları və həzm problemləri kimi bir çox sağlamlıq probleminin müalicəsində istifadə edilə bilər. Nanə çayı tənəffüs problemi olan insanlar üçün faydalıdır, nəfəs almağı asanlaşdırır.
Zərdəçal
Zərdəçalın ən mühüm xüsusiyyətlərindən biri iltihab əleyhinə təsiridir. Onun həzm sisteminə faydaları da var. Zərdəçal çayı hüceyrə zədələnməsini azaltmağa kömək edir və qan dövranını artıraraq ürək sağlamlığını dəstəkliyir.
Mənbə: Chefmarket
Tərcümə etdi: Aminə Paşazadə
