Bu gün:

Özünə güvənən uşaq böyütməyin yolları


Uşağınızın özünə güvənən olmasını istəyirsinizsə, bu təkliflərə qulaq asın...

Aydın rollar

Bu olduqca sadədir. Siz valideynsiniz, o uşaqdır. Siz onları tutacaqları yol ilə tanış edirsiniz və bu yolda nə etməli və nə etməməli olduqlarını öyrədirsiniz. Əgər siz heç bir məhdudiyyət qoymasanız, uşaqlarınız istədikləri hər şeyi edə biləcəklərini düşünəcək, bacara bilməyəndə isə həm onları, həm də sizi narahat edəcək hərəkətlər edə bilərlər. Təbii ki, biz diktatura rejimindən danışmırıq. Əgər uşaqlar sizdən və ya gücünüzdən qorxduqları üçün sizi dinləsələr və ya qaydalara əməl edərlərsə, bu, onların sizə etibar etməməsinə səbəb olar. Amma sevgi təməl olanda onlar həmişə sizə güvənəcək və hörmət edəcəklər. Bu sizin və uşağınızın xoşbəxtliyi üçün çox vacibdir.

Aydın hədəflərÖvladlarınıza yaxşı bələdçi olmağın ən yaxşı yolu onlarla istədiyiniz istiqamətdə aydın məqsədlər haqqında danışmaqdır. Uşağınızla görmək istədiyiniz nəticələr və bunun onun üçün niyə faydalı olacağı barədə fəal şəkildə danışmalısınız. Sonra onlara bu məqsədə çatmaq üçün lazım olan azadlığı verin. Onlara özlərinə aydın məqsədlər qoymağa kömək edin. Təbii ki, onlar bu yolda səhv edə bilərlər. Lakin bunlar sizin rolunuzu yenidən ələ keçirmək və onları düzgün istiqamətə yönəltmək üçün fürsət olacaq.

Aydın gözləntilər

Aydın gözləntilər aydın məqsədlər kimidir. Lakin bir qədər fərqlidir. Aydın məqsədlər arzu olunan nəticələrlə bağlı olsa da, aydın gözləntilər arzu olunan nəticələrə nail olmaq üçün insanın necə olması lazım olduğu ilə bağlıdır. 

Unutmayın ki, məqsədiniz özünə güvənən bir insan yetişdirməkdir. Özünə güvənən insanlar dünyaya başqa cür baxırlar. Onlar hər şeyi daha səmərəli görür və həyatın mənfiliklərini daha yaxşı idarə edir. Aydın rollar, məqsədlər və gözləntilərlə siz evinizdə sevgi və bağlılıq üzərində qurulmuş bir mədəniyyət yaradacaqsınız.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş