Bu gün:

Tarixdə 5 ən qısa müharibə


Söhbət müharibədən gedəndə ağlımıza aylarla, hətta illərlə davam edən münaqişələr gəlir. Amma bir göz qırpımında bitən müharibələr də var

1. İngiltərə-Zənzibar müharibəsi (38 dəqiqə)

1896-cı ildə Xalid bin Barqaş Zənzibar hökmdarı olaraq hakimiyyətə gəldi. İngiltərə isə bölgədəki hökmranlığını gücləndirmək üçün hərəkətə keçdi. Çünki, Barqaş Britaniya hakimiyyətinə son qoymaq istəyirdi. Xalid ibn Barqaşın hakimiyyətə gəlməsi tarixin ən qısa müharibəsi ilə nəticələndi.

Dənizdən Zənzibara hücum edən İngilis donanması çox qısa müddətdə mütləq qələbəyə nail oldu. 500 zənzibarlının həyatını itirdiyi müharibə cəmi 38 dəqiqə davam etdi.

2. Anjuan işğalı (1 gün)

Tarixin ən qısa müharibələrindən biri olan Anjuan işğalı, cəmi bir gündə başa çatdı. Afrikanın 55 əyalətinin yaratdığı Afrika İttifaqına bağlı əsgərlər 2008-ci ildə Anjuan adasına ayaq basıb. 1 saatlıq mühasirədə Anjuan adasındakı üsyançı birliklər zərərsizləşdirilib və ada Komor adaları hökumətinin nəzarətinə qaytarılıb.

3. 100 saatlıq döyüş (100 saat)

Müharibələr çox vaxt baş verdiyi bölgənin adı ilə xatırlanır. Bununla belə, əvvəlindən sonuna qədər zamana görə adlandırılan müharibələr də var. Honduras və El Salvadoru qarşı-qarşıya qoyan 100 saatlıq müharibə də onlardan biridir.

4. Rusiya- Gürcüstan müharibəsi (5 gün)

2000-ci illərdə Gürcüstanın Cənubi Osetiya və Abxaziya əyalətlərində yaşayan bəzi insanlar Gürcüstandan ayrılma tələblərini daha yüksək səslə səsləndirməyə başladılar. İki fərqli bölgədən yüksələn müstəqillik tələblərinin ən böyük dəstəkçisi Rusiya oldu. Bu vəziyyət iki ölkə arasında ciddi gərginliyə səbəb olub.

2008-ci ilə qədər bu gərginlik bütün dünyada narahatlıq doğuran müharibəyə çevrildi. Lakin Rusiya-Gürcüstan müharibəsi 5 gün ərzində başa çatdı. İki ölkə arasında atəşkəs imzalananda Gürcüstan 400, Rusiya isə 65 itki vermişdi...

5. 6 gün müharibəsi (6 gün) 

1967-ci ildə İsrail ilə Suriya, İraq, Misir, Əlcəzair, Tunis, Səudiyyə Ərəbistanı və İordaniya arasında baş verən müharibə, bir çox ölkələrin iştirakına baxmayaraq, qısa müddətdə tamamlanaraq, ən qısa müharibələr siyahısında öz yerini tutdu.

Bir çox ərəb dövlətləri İsrailə qarşı birləşsə də, müharibə cəmi 6 gün davam etdi. Üstəlik, döyüş meydanını qələbə ilə tərk edən tərəf İsrail oldu. Digər tərəfdən, 6 Günlük Müharibə tarixin ən qısa müharibələri arasında imtiyazlı mövqeyə malikdir. Çünki, qısa müddətdə başa çatan digər müharibələrdə can itkisi çox daha məhdud olsa da, 6 günlük müharibədə təxminən 20.000 insan həyatını itirdi.

Mənbə:listelist.com

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et