Bu gün:

2 dəqiqəyə necə yuxuya getmək olar?


Bəzi insanlar gecə başlarını yastığa qoyan kimi yuxuya getməyi bacarsalarda, bəziləri də gecə boyu fırlanaraq yuxusuzluqla mübarizə aparırlar.

Gecələr oyaq qalmağı vərdiş halına gətirsəniz, beyniniz saatda təxminən 1,6 milyon kilometr sürətlə işləyəcək. İstədiyiniz o şirin yuxuya gedə bilmirsinizsə, o zaman sizə şad xəbərimiz var. Məlum olub ki, insanın cəmi iki dəqiqəyə yuxuya getməsinə kömək edən gizli hərbi texnika var.

Əslində bu yatmaq üsulu orduda baş qərargah rəisləri tərəfindən əsgərlərin oyaq qalması və yorğunluqdan səhv etmələrinin qarşısını almaq üçün hazırlanmış hərbi sirrdir.

Məlumdur ki, ABŞ ordusu bu hərbi sirrdən xüsusilə müharibə zamanı əsgərlərin asanlıqla yuxuya getməsi üçün istifadə edir. Yuxuya getməyin bu üsulu daha əvvəl 1981-ci ildə nəşr olunan "Relax and Win: Championship Performance" kitabında qeyd edilib. Lakin böyük izləyici siyahısına malik olan Joe.co.uk saytının metodu dərc etməsindən sonra diqqəti daha çox cəlb etməyə başladı.

2 dəqiqə ərzində yuxuya getmək üçün aşağıdakı addımları yerinə yetirməlisiniz:

1. Üzünüzün əzələlərini, o cümlədən dil, çənə və göz ətrafındakı əzələləri rahatlaşdırın.

2. Nəfəs alın, sinənizi boş buraxın, sonra ombanızdan başlayaraq ayaqlarınıza qədər rahatlayın.

3. Aşağıdakı üç səhnədən birini təsəvvür etməzdən əvvəl fikrinizi təmizləmək üçün 10 saniyə vaxt ayırın.

- Sakit bir gölün kənarında kanoedə uzanırsan, mavi səmadan başqa heç nə görünmür.

- Qara məxmərdən asılmış çarpayıda, qara otaqda uzanırsan.

- Təxminən 10 saniyə ərzində özünüzə davamlı olaraq “Düşünmə, düşünmə, düşünmə” deyə təlqin edirsən.

Bu üsulun 6 həftə tətbiq edən insanların 96 faizində işlədiyi bildirilir

Bu üsul nəticə vermədikdə yuxu mütəxəssisi Dr. Neil Stanley yuxuya getməyin ən vacib amilinin zehnini sakitləşdirmək olduğunu söyləyir və bunları əlavə edir: “Yatmaq üçün üç şeyə ehtiyacınız var: rahat bədən və ən əsası aydın bir ağıl üçün bütün diqqətinizi yayındıran cihazları, əşyaları yataq otağınızdan çıxarmalısınız. Əgər zehniniz sürətli işləyirsə yata bilməyəcəksiniz və zehninizi yavaşlatmaq üçün edə biləcəyiniz hər şey yatmağınıza kömək edəcək. Bunu etmək üçün heç bir sehrli yol yoxdur, oxumaq, isti vanna qəbul etmək, çobanyastığı çayı, aromaterapiya və ya Pink Floydu dinləmək kimi“.

Mənbə: İndependent.co.uk

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et