Bədən dili, jest və mimika, fiziki duruş, üz ifadələri və göz hərəkətləri, zehni və fiziki fəaliyyətlərlə qarşı tərəfə çatdırdığımız şifahi olmayan ünsiyyət formasıdır. Duyğularımızı, düşüncələrimizi və əhval-ruhiyyəmizi əks etdirən ünsiyyətdə ən vacib amillərdən biridir.

Bədən dilinin əhəmiyyəti
Şifahi olmayan ünsiyyət şifahi ünsiyyətdən daha təsirlidir. Bu, insana öz imicini təqdim etməyə, fərddə və ya cəmiyyətdə özünə inam hiss etdirməyə imkan verir. Nitq bədən dili ilə dəstəkləndikdə, hədəfi daha asan tapa bilərsiniz və qarşıdakı insanı heyran etmək daha asan olur. Eyni zamanda, empatiya duyğunuz yaxşılaşır. Bundan əlavə bədən dilinin düzgünlüyü insana həm iş, həm də ictimai həyat baxımından çoxlu uğur və prestij gətirir.
Bədən dilinin hərəkətləri və mənaları
1- Duruş
Darıxdırıcı bir duruş, əyilmiş və ləng oturmaq sizin cılızlığınızı, cansıxıcılığınızı və olduğunuz yerdə olmaq istəməməyinizi ifadə edir. Belə bir vəziyyətdə qarşı tərəfin sizi ciddi qəbul etməsini gözləmək olmaz. Çiyinlərinizi arxaya qoyaraq dik oturmaq sizin ciddiyə alınmağınızı təmin edir, gücünüzü və ciddiyyət nümayiş etdirir.
Əl və qol hərəkətləri ilə nitqinizi dəstəkləyə bilərsiniz. Bu hərəkətlər açıq olduğunuzu göstərə bilər və başqalarından etibar hissi qazanmağınıza kömək edə bilər. Ancaq şişirdilmiş hərəkətlər çox rahat olduğunuzu göstərə bilər. Buna görə də diqqətli davranmaq lazımdır.
2- İnsanlarla danışarkən başqa tərəfə baxmağ
Biri ilə danışarkən diqqətinizi fərqli yerlərə yönəltmək və ya gözlərinizi daim başqa yerlərə çevirmək bədən dili ilə göstərilən böyük bir hörmətsizlikdir. Bu, söhbətdən bezdiyinizi, bununla dayanmaq istəmədiyinizi və ya söhbətə əhəmiyyət vermədiyinizi göstərir.
3- Çarpaz qollar və ayaqlar
Qollarınızı və ayaqlarınızı çarpazlaşdırmaq baxışlara qapalı olduğunuzu və danışan adamı kənarda qoyduğunuzu göstərə bilər.
4- Saçınızla oynamaq
Saçınızla oynamaq diqqətinizin yayındığını və ya xarici görünüşünüzlə çox maraqlandığınızı düşündürə bilər.
5- Fiziki yaxınlıq
Qarşı tərəfə çox yaxınlaşmaq onun şəxsi məkanına hörmət etmədiyinizi və bu vəziyyətə əhəmiyyət vermədiyinizi göstərir.
7- Əl sıxma
Əl sıxarkən nə çox zəif, nə də çox möhkəm olmamalısınız. Zəif əl sıxma gücün, inam hissinin və ya avtoritar təbiətin olmadığını göstərir. Möhkəm əl sıxma aqressiv, diktatura xarakterini göstərə bilər.
8- Göz kontaktı
Danışarkən və ya dinləyərkən göz kontaktı qurmaq çox vacibdir. Birbaşa və daimi göz kontaktı qurmaq, söhbət zamanı insanın sizi başa düşməsini asanlaşdırır, xarakterinizi güclü göstərir və özünə inam hissi aşılayır. Danışarkən aşağı baxmaq təslim olmağı, özünə inamsızlığı və introversiyanı təmsil edə bilər.
9- Həddindən artıq baş silkələmək
Bu cür davranış təsvir olunan vəziyyəti və ya hadisəni tam başa düşmədiyinizi göstərə bilər, lakin siz onu başa düşmüş kimi davranırsınız. Yaxud bunun əksi kimi də qəbul oluna bilər.
Mənbə : Bayifade
Tərcümə etdi: Zəhra Niftiyeva
