
Dəlilik, təəssüf ki, olduqca çətin olan psixi vəziyyətlərdən biridir. O qədər ki, son dərəcə geniş şəkildə "anormal psixi və davranış nümunələri" kimi müəyyən edilir. Başqa sözlə, “normal” olmayan istənilən əhval-ruhiyyə bir növ dəlilik kimi qəbul edilir. Təbii ki, bu təriflə bağlı problemlər göz qabağındadır.
Əgər belə geniş tərifi işləkləşdirsək, "normal" olan zehni və davranış nümunələrini müəyyən etməmiz lazım olacaq. Lakin bu, mümkün deyil, çünki cəmiyyətin və fərdlərin “normalı” zaman və məkandan asılı olaraq dəyişir. Üstəlik, sosial normalardan kənara çıxan hər bir davranış dəlilik kimi qəbul edilə bilməz və dəliliyin ən çox görülən nəticələrindən biri olan “cəmiyyətə zərər” həmişə dəlilik əlaməti olmamalıdır. Bu gün “dəlilik” tibb termini deyil və əvvəllər “dəlilik səbəbi” hesab edilən bir çox xəstəliklər daha aydın şəkildə müəyyən edilərək xüsusi adlar qazanıb.
19-cu əsrdə insanların institusionallaşdırılmasını təklif edən vəziyyətlərin siyahısı dəliliyi təyin etməyin nə qədər çətin olduğunu və son 1,5 əsrdə psixiatriyanın nə qədər inkişaf etdiyini göstərir.
Mənbə: Evrim ağaci
Tərcümə etdi: Aynur Mikayılova
