Bu gün:

B12 vitamininin aşağı olması nəyə səbəb olur?


Depressiya, fokuslanma problemi, yuxusuzluq - Vitamin B12 çatışmazlığı orqanizmdə bir çox sağlamlıq problemlərinə səbəb olur. Azalan B12 vitamini xarici əlavələrlə normal səviyyəyə çatdırıla bilər. Bu vitamini təbii yolla artırmaq üçün heyvan mənşəli qidalarla balanslaşdırılmış qidalanma lazımdır.

İnsan orqanizminin sağlam fəaliyyəti üçün çoxlu vitamin və minerallara ehtiyacı var. Adları əlifbanın hərfləri ilə çəkilən bu vitaminlərin hər biri sağlamlığa fərqli təsir göstərir. Son zamanlar haqqında tez-tez eşitdiyimiz və bir çox insanın çatışmazlığından əziyyət çəkdiyi B12 vitamini də onlardan biridir...

Əksikliyi halsızlıqdan unutqanlığa qədər bir çox problem yaradan B12 vitamjni ilə bağlı Sağlamlıq Elmləri Universitetinin müəllimi, Endokrinologiya və Metabolik Xəstəliklər Mütəxəssisi Dr. Şerife Nur Boysanla danışdıq.

"Vitamin B12 hüceyrə daxilində zülalların sintezindən məsuldur.  Xüsusilə, DNT, RNT istehsalında bəzi amin turşularının ötürülməsini təmin edir".

Mənbə: TRT HABER 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et