
ABŞ-da aparılan bir araşdırma 24 ildə təxminən 140 min insanın məlumatlarını araşdırıb. Tədqiqat nəticəsində noxud və qarğıdalı kimi nişastalı tərəvəzlərin orta yaşda kilo almağı sürətləndirə biləcəyi aşkar edilib.
Səs gətirən bir araşdırma noxud, qarğıdalı və kartof yeyən insanların brokoli, yerkökü və ispanaq kimi nişastalı olmayan tərəvəz yeyənlərə nisbətən daha çox kilo aldıqlarını tapıb.
Digər tərəfdən, tam taxıl, alma və armud kimi yüksək lifli qidaların orta yaşda kilo almağı ləngidə biləcəyi qənaətinə gəlindi. Harvard tədqiqatçıları 1986-2014-cü illər arasında 140 min kişi və qadının pəhriz siyahılarını təhlil ediblər.
Brokoli, yerkökü və ispanaq kimi nişastalı olmayan tərəvəz yeyənlər daha yavaş kökəliblər; kartof, qarğıdalı və noxud yeyənlər bellərində qalınlaşma gördülər.
Xüsusilə, iştirakçıların çəkisində nəzərəçarpacaq artım müşahidə edilib. Qlisemik indeks və bu yükdəki artımın kilo alması ilə sıx əlaqəli olduğu təsbit edilib.
Noxud tərkibindəki fitik turşusu və lektinlər kimi qida əleyhinə maddələrə görə qida maddələrinin udulmasına mane ola bilər. Digər tərəfdən, qarğıdalı şəkərli diabet xəstələrinin istifadə etməməsi lazım olan bir qidadır, çünki qan şəkərini artırır.
Qarğıdalınıb həddindən artıq istifadəsi bağırsaqlarda qaz problemlərinə səbəb olur. Yığılmış qaz bağırsaqları zədələyir və şişkinliyə səbəb olur. Qarğıdalı liflə zəngindir, lakin həddindən artıq qəbul edildikdə mədə problemlərinə səbəb olur.
Bu vəziyyət bəzi həzm problemlərinə də səbəb ola bilər. Lektinlər immunitet sisteminin və bağırsaqdakı bakteriya populyasiyasının kövrək tarazlığını da poza bilər.
Başqa bir nişastalı tərəvəz olan kartof da mədə narahatlığına səbəb ola bilər. Həmçinin həddindən artıq istifadəsi ateroskleroz və bəzi iltihablı xəstəliklərin inkişaf ehtimalını artırır. Aşınma səbəbilə dişləri zədələyən kartof, yüksək kalorili məzmununa görə pəhriz saxlayanlar üçün də tövsiyə edilmir.
Mənbə: Cnntürk
Tərcümə etdi: Aysu Əsədova
