Karbonmonoksit qazı rəngsiz, qoxusuz, dadsız və qıcıqlandırıcı olmayan qazdır. Karbonmonoksit zəhərlənməsi qanda karbonmonoksit yığıldıqda baş verir. Havada çox miqdarda karbonmonoksit olduqda, bədən qırmızı qan hüceyrələrindəki oksigeni karbonmonoksitlə əvəz edir. Bu, ciddi toxuma zədələnməsinə və hətta ölümə səbəb ola bilər.
Dəm qazı benzin, odun, propan, kömür və ya digər yanacaqların yandırılması nəticəsində yaranan rəngsiz, qoxusuz, dadsız qazdır. Yanlış havalandırılan cihazlar və mühərriklər karbonmonoksitin təhlükəli səviyyələrdə toplanmasına səbəb ola bilər.
Dəm qazından zəhərlənmənin səbəbləri hansılardır?
Karbonmonoksit zəhərlənməsi çox yanma dumanının nəfəs alması nəticəsində yaranır. Nəfəs aldığınız havada karbonmonoksit çox olduqda bədəndəki qırmızı qan hüceyrələri karbonmonoksitlə əvəzlənir. Bu, oksigenin toxuma və orqanlarınıza çatmasının qarşısını alır.
Yanacaq yandıran cihazlar və mühərriklər dəm qazı çıxarır. İstehsal olunan bu miqdarda karbonmonoksit adətən narahatlığa səbəb olmur. Bununla belə, qapalı və ya qismən bağlı hava şəraitində istifadə edilərsə, karbonmonoksit səviyyəsi təhlükəli səviyyələrə yüksələ bilər. Yanğın zamanı tüstüdən nəfəs almaq da karbonmonoksit zəhərlənməsinə səbəb ola bilər.
Mənbə: Habertürk
Tərcümə etdi: Uğur Hacıyev
