
Bayquş gecə yırtıcıları dəstəsinə aid olan və gecə ovuna çıxan iribaşlı və tüklü quşdur. 60-70 yaşa qədər yaşaya bilən bu quşların boyu 18-70 sm-dir. Bayquşların 123 növü məlumdur. Puhu, Cücə bayquş, Altüst bayquş və Piq bayquşu bu növlər arasındadır. Antarktidadan başqa bütün bölgələrdə yaşayırlar. Qısa quyruqlu bayquşların uzun və enli qanadları var. Bəzilərinin qanadları insan ölçüsünə çatır. Onun əyri dimdiyi, iti caynaqları, qarmaqlı dırnaqları və fırlanan barmaqları var. O, ovunu güclü pəncələri ilə tutur. Gəzmək və uçmaq üçün uyğun bir quruluşa malikdirlər. Gəzərkən və ayaqda durarkən ağırlıq mərkəzi ayaqlardadır. Bu vaxt qanadlar gövdəyə yapışmış vəziyyətdə olur. Ov edərkən çox sakit hərəkət edirlər, uçuş zamanı belə qanadlarının səsini eşidilmir. Özlərindən böyük heyvanlara hücum etməkdən çəkinmirlər. Gündüzlər ov edən yırtıcılar, məsələn, şahinlər onların ən böyük düşmənləridir.
Bayquşların görmə qabiliyyətləri necədir?
Gözlər başın yan tərəfində deyil, ön hissəsində yerləşir. Onun iri gözləri hərəkət etmədən sabit qalır. Görmə qabiliyyətini təmin etmək üçün boyunlarını 270 dərəcə bucaq altında çevirə bilərlər. Gözlər işığı ötürən və sındıran xüsusiyyətlərə malik olan 3 təbəqədən ibarətdir. Xarici sərt təbəqə qabarşəkilli şəffaf təbəqəni əmələ gətirir. Gözü qoruyan sərt təbəqədir. Damar təbəqəsi damar birləşdirici toxumadan ibarətdir.
Bayquşlar necə çoxalır və qidalanır?
Dişilər erkəklərdən daha böyükdür. Çoxalma dövründə 2-10 yumurta qoyurlar. Onların inkubasiya etdiyi günlərin sayı 30-40 gün arasındadır. Cücələr ilk dəfə yumurtadan çıxanda gözləri və qulaqları bağlı olur. Yuvada müxtəlif vaxtlarda qalan balalar gələn ilə kimi yetkinlik yaşına çatır. Onların qidalanması gəmiricilər və siçanlardan gəlir. Buna görə də ekoloji tarazlığa töhfə verirlər. Onlar bəzi ölkələrdə qorunan canlılardır.
Mənbə: kuslar.gen.tr
Tərcümə etdi: Fatimə Şükürova
