Bu gün:

Daim telefona baxmağın zərərləri


Daim ekrana baxmaq bizim qavrama qabiliyyətini pozur.

Ekran mahiyyətcə düz görüntülər üçün istehsal edilmişdir. Təbii ki, gördüyümüz ekranda müxtəlif effektli 3D şeyləri izləyə bilirik, lakin ekranların heç bir dərinliyi yoxdur. Bu, üç ölçülü qavrayışımıza çox təsir edir.

Sensasiya və reaksiya azalır.

Daim ekrana baxmaq hisslərimizə və reaksiyalarımıza böyük ziyan vurur. Bundan əlavə, məsafə və yaxınlıq anlayışımız pozulur. Göz qırpma sayı azalır və quru gözlər meydana gəlir

Göz qapaqlarımız gözlərimiz üçün mühüm rol oynayır. Göz qırpma sayının azalması gözümüzün özünü təmizləyə, yeniləyə və nəmləndirə bilməməsi deməkdir. Göz qırpma tezliyinin azalması göz quruluğu kimi bir çox problemə səbəb olur. Bunlardan ən əhəmiyyətlisi göz yorğunluğudur.

Bəs nə etmək olar?

Telefonunuzun ekranına baxmaqda çətinlik çəkirsinizsə, mətni böyütməyə əmin olun. Əgər yazılar kiçikdirsə və davamlı olaraq yaxından baxmağa çalışırsınızsa, gözlərdə ağrı, bədəninizdə yorğunluq və baş ağrıları ola bilər. Rəng kontrastını da artıra bilərsiniz. Yuxarıda qeyd etdiyimiz kimi, göz qırpmaq vacibdir. Ekrana baxarkən gözlərinizi müntəzəm olaraq qırpdığınızdan əmin olun. Bu, gözlərdəki quruluğu azaldacaq. Gözlərinizin quruluğu hələ də davam edərsə, göz damcılarından istifadə edə bilərsiniz. Bundan əlavə, ekrandakı çox parıltı da baş ağrısına səbəb ola bilər. Ekranınızın parlaqlığını azaltmaqla baş ağrısı kimi problemlərin qarşısını ala bilərsiniz.

20-20-20 qaydasına əməl etdiyinizə əmin olun

Uzun müddət eyni məsafədən bir şeyə baxmaq gözümüzün işləməsinə böyük maneədir. Gözlərimizdə diqqəti yönəldən və onlara kömək edən əzələlər var. Bu əzələlər davamlı olaraq eyni hərəkəti etdikdə tam işləmir. Buna görə də ekrana 20 dəqiqə baxdıqdan sonra 20 metr uzaqlıqdakı bir şeyə 20 saniyə baxmaq göz əzələlərinin yenidən işləməsinə kömək edəcək.

Mənbə: Hürriyet

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et