Bu gün:

Qara pişiklər həqiqətən bədbəxtlik gətirirmi?



Təəssüf ki, dünyada bir çox insan qara pişiklərin bədbəxtlik gətirdiyinə inanır. Bu əhvalatın nədən qaynaqlandığına nəzər yetirək. Qədim Misir dövründə pişiklərə sitayiş edilirdi. Misirdə Bastet adlı pişik tanrısı tez-tez qara pişik başı olan bir qadın kimi təsvir edilmişdir. Buna görə də qara pişiklərdən qorxmağa heç bir səbəb yox idi. Ancaq Kelt mifologiyasında Cat Sith adlı bir məxluq haqqında bir əfsanə var idi. Cat Sith sinəsində ağ ləkə olan böyük qara pişikdir. Deyilənlərə görə, Tanrılar bunu istəməzdən əvvəl başqasının ruhu dəfn edilməzdən əvvəl keçib oğurlana bilərdi. Beləliklə, bu məxluqu cəsədlərdən uzaq tutmaq saatlar alırdı.


Orta əsrlərdə Avropada qara pişiklər cadugərlərlə əlaqələndirilirdi. 1560-cı ildə İngiltərədə ata və oğul aysız gecədə gəzərkən qarşılarına qara pişik çıxır. Pişiyi o vaxt cadugərlikdə ittiham olunan qadının evinə qaçdığı üçün daşqalaq ediblər. Ertəsi gün həmin ata-oğul həmin evdə yaşayan qadının axsadığını görürlər. Sonradan belə qənaətə gəldilər ki, cadugərlər qara pişiklərə çevrilib gecələr dolaşa bilərlər.


Sonra bu hadisə ABŞ-a da sirayət etdi. Bu gün də qara pişiklər hələ də bədbəxtlik gətirirlər düşüncəsi var. Əslində, Halloween bayramında qara pişiklər dekorativ cadugər əşyalarında təsvir edilmişdir.

Bu inancın əksinə olaraq, qara pişiklər uğurlu sayıldıqları yerlərdə qeyri-adi deyil. Məsələn, Şotlandiyada evlərə gələn qara pişiklərin rifah və rahatlıq gətirəcəyi düşünülürsə, İngiltərənin bəzi bölgələrində rast gəlinən qara pişiklərin uğur gətirdiyinə inanılır. Bu baxışlara görə sığınacaqdakı qara pişiyin digər rəngli pişiklərlə müqayisədə sahiblənmə ehtimalı daha azdır. Əgər siz pişik sahiblənməyi  düşünürsünüzsə, bu əfsanəvi hekayələrə məhəl qoymayın və onların qayğısına qalın.


Mənbə: blog.petibom.com
Tərcümə etdi: Nəzri Süleymanova


Paylaş
Şərh əlavə et