
Ətirli və həmişəyaşıl ağac olan darçının orqanizmimiz üçün bir çox faydası var. Mensturasiya ağrılarından şəkər xəstəliyinə, ürək sağlamlığından yüksək təzyiqə qədər bir çox xəstəliyə yaxşı təsir edən darçından müxtəlif cür istifadə olunur.
Darçın çubuqları bir-birinin içərisinə bükülərək əldə olunur. Darçından şirniyyatların hazırlanmasında da istifadə olunur. Dadı ilə həm yeməkləri, həm də içkiləri daha dadlı edən darçının sağlamlığa faydaları da çoxdur. Çox güclü antioksidantdır və yüksək qida dəyərlərinə malikdir.
Darçının faydaları
• Xərçəngdən qoruyur.
• Qan şəkərini balanslaşdırır.
• Damar tıxanmasının qarşısını alır.
• Qan dövranını tənzimləyir.
• Mədə xəstəlikləri və ağrılara yaxşı təsir edir.
• Pis xolesterolu (LDL) azaldır və yaxşı xolesterolu (HDL) artırır.
• Qrip və soyuqdəyməyə qarşı təsirlidir.
• İshal və öskürəyi dayandırır.
• Toxluq hissi verərək yemək istəyini azaldır. Beləliklə, arıqlamağa kömək edir.
• Fiziki və zehni yorğunluğu aradan qaldırır.
• İmmunitet sistemini gücləndirir.
• Cinsi istəyi artırır.
• Tərkibindəki kalsium və manqanla sümük əmələ gəlməsini dəstəkləyir. Birləşdirici toxumanı yaxşılaşdırır.
• Tərkibindəki flavonoidlər və fenolik turşu sayəsində stressi azaldır. Sakitləşdirici xüsusiyyətə malikdir.
• Çox güclü antioksidantdır. Yaşlanmağı gecikdirir.
• Darçın istifadəsi beyində tau proteininin böyüməsinə maneə törətməklə alzheimer xəstəliyinin qarşısını alır.
• Ana südünü artırır.
• Ağız qoxusunu yox edir və dişlərdəki zərərli bakteriyaları məhv edir.
• Menstrual ağrıları azaldır və qanaxmanı tənzimləyir.
• Miqren ağrılarını azaldır.
Darçın necə istifadə edilməlidir?
Darçınlı çay
Darçınlı çay hazırlamaq üçün bir neçə üsuldan istifadə edə bilərsiniz. Bir stəkan qaynar suya bir darçın çubuğu qoyun və 10-15 dəqiqə dəmləyin. Dəmləndikdən sonra ləzzət ala bilərsiniz. Gündə ən çox bir stəkan darçınlı çay içməlisiniz.
Darçın yağı
Darçın yağını bir stəkan suya bir neçə damcı tökərək içə bilərsiniz. Mədədə həzm pozğunluğuna faydalıdır, bağırsaqları tənzimləyir, qrip və soyuqdəyməyə xeyirlidir, depressiyaya yaxşı təsir edir. Dərinizə masaj edərək darçın yağını da çəkə bilərsiniz. İstifadə etmək istədiyiniz yerə 4-5 damcı töküb bir neçə dəqiqə masaj edə bilərsiniz. Gündə ən çox 3 dəfə istifadə edilməlidir. Yalnız darçın yağı dəri ilə birbaşa təmasda olduqda zərər verə bilər. Buna görə də digər yağlarla az miqdarda istifadə edilməlidir.
Şəkərli diabet xəstələri üçün
Diabet xəstələri gün ərzində yeməklərinə 6 qram üyüdülmüş darçın əlavə etməlidir. Diabet xəstələrinin orqanizmi insulin hormonuna reaksiya vermir və darçın bu problemə yaxşı gəlir.
Dodaq pilinqi vasitəsi
Darçın çubuğunu sındırıb əzin və vazelinlə qarışdırın. Bu qarışığı diş fırçası ilə dodaqlarınıza çəkin, bir neçə dəqiqə saxlayın, sonra su ilə yuyun. Dodaqlarınız daha dolğun və ölü dəridən təmizlənmiş olacaq.
Sağlam saçlar
Darçın, bal və zeytun yağını qarışdıraraq hazırladığınız saç maskasını istifadə edin. 10-15 dəqiqə gözlədikdən sonra saçınızı yaxşıca yuyun. Maska saçlarınızın daha sürətli uzanmasını və sağlam olmasını təmin edir.
Arıqlamaq
Darçın və süd qarışığı toxluq hissi üçün mükəmməldir. Bir stəkan soyuq, ilıq və ya isti südün içinə yarım çay qaşığı darçın tozunu töküb qarışdırın. Bu qarışığı gündə gecə yatmazdan əvvəl və günortadan sonra içmək faydalıdır. Gün ərzində ən çox 2 stəkan içmək olar.
Arıqlamaq üçün darçından istifadə edə biləcəyiniz başqa bir üsul darçınlı sudur. 5 stəkan suya 4 çubuq darçın əlavə edib qaynadın. Hazırladığınız bu darçınlı suyu gecə yatmazdan əvvəl və ya səhər acqarına için. Maksimum 15 gün bu üsulu sınamaq olar.
Darçının zərərləri nələrdir?
• Çox qəbul edilərsə, qəbizliyə səbəb ola bilər.
• Əgər müntəzəm olaraq istifadə etdiyiniz hər hansı bir dərmanınız varsa, həkiminizlə məsləhətləşərək istifadə edin.
• Hamiləlik dövründə darçın qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
• Kassiya darçın kimi tanınan darçın növü bəzi insanlar üçün qaraciyərdə yorucu ola bilər.
• Qan şəkərini aşağı salan təsirə malik olduğundan, əməliyyatdan ən azı 15 gün əvvəl istifadəsi dayandırılmalıdır.
• Əgər darçına qarşı allergiyanız varsa, onu içməyin.
• Darçının tərkibindəki sinnamik aldehidə (cinnamaldehid) qarşı allergiyası olan insanlar istifadə etməməlidir.
• Qaraciyər xəstəliyi olanlar darçınlı çay qəbul etməməlidir.
Mənbə: Habertürk
Tərcümə etdi: Samirə İsmayılova
