Bu gün:

Bəzi uşaqların aqressiv olmasının səbəbi nədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Fuad Əsədovdur. O, uşaq psixologiyası haqqında danışıb.


-Bəzi uşaqlar aqressivdir, nəsə istədikləri yerinə yetirilməyəndə və.s hallarda aqressiv hərəkətlər edirlər. Sizcə, bunun səbəbi nədir və bu vəziyyətdə valideynlər nə etməlidirlər?


-Əvvəlcə, dəqiqləşdirmək lazımdır ki, uşaq aqressivdirmi, əsəb problemi, davranış pozuntusu varmı? Çünki uşaq nəsə istəyəndə yerinə yetirilməyəndə aqressiv davranmağa başlayırsa, bu daha çox valideynləri manipulyasiya etmək xarakteri daşıyır, yəni uşaq qışqırır, ağlayır ki, valideynləri onun istədiyini alsın və yerinə yetirsin. Məsələn, valideyn uşaqla mağazaya girir, uşaq deyir, bunu istəyirəm, valideyn isə deyir ki, xeyr, onu ala bilmərik, uşaq isə ağlamağa başlayır. Valideyn də özünü pis hiss edir, çünki insanlar kənardan baxır və o, özünü narahat hiss edir, beləliklə, uşağın ağlamaması üçün uşağın istəyini yerinə yetirir. Bu cür hallar uşaqlar tərəfindən çox yaxşı başa düşülür. Uşaq çox yaxşı bilir ki, onun valideyni bu mövzuda həssasdı, o da bundan istifadə etməyə başlayır. Əslində, bu cür məqamlarda valideyn onu bir kənara çəkməli, uşağın qarşısında əyilərək onu başa salmalıdır ki, ağlayanda, qışqıranda səni başa düşə bilmirəm. Normal danış ki, nə danışdığını, nə demək istədiyini anlayım, yerinə yetirim, sən belə qışqırıb, ağlamasan, mən səni anlasam, dediklərini edərəm. Bunlar edilirsə, artıq uşaq valideyni anlayır, bir daha bu cür hərəkətlər etmir.


Nərminə Eyyubova

Paylaş
Şərh əlavə et