Depressiya

Bəzən insanlar depressiyaya düşəndə və özlərini əvvəlki kimi sevmədikdə sağlamlıqlarının vacib olmadığına və ya yemək yeməyə, daha yaxşı hiss etməyə layiq olmadıqlarına inanırlar. Bütün bu qarşılıqlı duyğular, düşüncələr və davranışlar iştahın azalması ilə özünü göstərə bilər. Nəhayət, depressiya müalicəsi ilə birlikdə antidepresan istifadəsi istifadə edilərsə, antidepresanın yan təsiri olaraq iştahsızlıq halları yarana bilər.
Stress

Ümumdünya Səhiyyə Təşkilatı stressi fiziki, emosional və ya psixoloji gərginliyə səbəb olan hər hansı dəyişiklik kimi təyin edir. Stress bədəninizin diqqət və ya hərəkət tələb edən hər şeyə reaksiyasıdır və stress bədəndə müəyyən fizioloji, biokimyəvi və davranış dəyişiklikləri ilə nəticələnir. Hər kəs müəyyən dərəcədə stress yaşayır. Fərqli fərdlərin stresə müxtəlif reaksiyaları var və bu reaksiyalar fərdlərin fizioloji, psixoloji və ətraf mühit faktorlarından asılı olaraq dəyişir. Bununla belə, stresli vəziyyəti şərh etməyiniz və stresə verdiyiniz reaksiya psixoloji sağlamlığınız üçün böyük fərq yaradır. Stress və yemək arasındakı əlaqə uzun müddətdir müzakirə mövzusudur. Əvvəlki araşdırmaların nəticələri göstərib ki, stress insanın iştahına və yemək davranışına təsir edə bilər. Bir çox araşdırma göstərir ki, stress yemək davranışlarına iki fərqli şəkildə təsir edə bilər. Bəzi insanlar onun yaratdığı mənfi duyğulardan uzaqlaşmaq üçün daha çox yemək yeyirlər, bəzi insanlarda isə bu, iştahın azalmasına səbəb ola bilər. Bundan əlavə, qarşılaşılan ən böyük həyat çətinliklərindən biri olan və tez-tez stress yarada bilən yas prosesi də iştahın azalmasına səbəb ola bilər.
Mənbə:evindeki psikolog.com
Tərcümə etdi: Rəhimə Cəmilova
