Bu gün:

Azərbaycanın uğur qazanmış rəsm əsərləri


Azərbaycan dünyaya kifayət qədər istedadlı və şöhrətli rəssamlar bəxş edib. Abşeron rənkarlıq məktəbinin yetirmələri adlarını bəşəriyyətin rəssamlıq tarixinə həkk etməyi bacarıblar. Bunlardan Mikayıl Abdullayev, Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Maral Rəhmənzadə və başqalarının adını çəkmək olar. Bu rəssamlar bir çox maraqlı rəsm əsərləri ilə dəfələrlə yerli və əcnəbi sənətsevərləri valeh ediblər. Azərbaycan bir çox tanınmış rəssamlarla yanaşı bir sıra rəsm əsərləri ilə də dünya da məhşurdur. Azərbaycanın rəssamlarından olan Vaqif Ucatayın 1987-ci ildə yağlı boya ilə kətan üzərində çəkdiyi rəsm əsərini qeyd etmək olar. Bu əsər hazırda Nizami Gəncəvi adına, Milli Azərbaycan Ədəbiyyatında saxlanılır. Əsərdə Nizami Gəncəvinin 1941-ci ildə qeyd edilmiş 800 illik yubiley mərasimi təsvir olunmuşdur. Lakin 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə bu mərasim təxirə salınmışdır. Sonradan şairin yubileyi Peterburqda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə keçirilmişdir. Məhz bu tədbir Vaqif Ucatayın "Nizami işığında" əsərinin mövzusu olmuşdur.

Mikayıl Abdullayevin "Səməd Vurğun portreti". Bu əsər kətan və yağlı boya ilə çəkilmişdir. Dahi şairimiz Səməd Vurğuna həsr olunan bu əsərdə 1935-ci ildə yazdığı məhşur "Azərbaycan" şeri ilə doğma yurdunun həm də rəssamsayağı çox duyğulandırıcı poetik mənzərəsi təsvir olunmuşdur. Azərbaycan rəssamlarından olan Nəcəfqulu İsmayılovun "Yadıma düşdü", Oktay Sadıqzadənin "Səməd Vurğun portreti" (1975), Mikayıl Abdullayevin "Şairin gəncliyi" (1975) və s. 

Ən tanınmış rəssamlarımızdan olan Səttar Bəhlulzadənin yaradıcıllığında tarixi mövzular və tarixi şəxsiyyətlərin mövzusu əsas yer tutmuşdur. Bunlardan "Babək üsyanı" , "Fətəli xan" , "Xəttat Mir Əli" və s. 1945-ci ildə ərsəyə gətirdiyi Quba Fətəli xan və Xəttat Mirzə Təbrizi portretləri Azərbaycan İnsənət müzeyində saxlanılır. Hətta rəssam özü də bildirirki, "Babək üsyanı" tablosu müəllimləri tərəfindən bəyənilmiş və ona tarixi mövzularda çalışmağı tövsiyə etmişdilər. Lakin rəssam onların bu istəklərinə qarşılıq verməmiş və mənzərə janrında əsərlər yaratmağa başlamışdır. O dövrdə Bəhlulzadə öz yaradıcıllığında təbiət təsvirlərinə meyl etmiş, mənzərə janrında da bitkin əsərlər yaratmağa başlamışdır.


Hazırladı:Pərvanə Abbasova

Paylaş
Şərh əlavə et