
İnsanlar uzun müddət müəyyən rənglərin fərqli əhval-ruhiyyə və hisslər doğura biləcəyinə inanırdılar və bəzi tədqiqatlar rənglərin psixoloji təsir göstərə biləcəyi fikrini dəstəkləyib.
Mavi – gündüz səmasının solğun mavisi və ya dərin su hovuzunun zəngin tünd mavisi kimi təbiətdə tez-tez rast gəlinən rəngdir. Bəlkə də bu səbəbdən insanlar mavi rəngi çox vaxt sakit kimi təsvir edirlər. Ancaq soyuq bir rəng olaraq mavi bəzən buzlu, uzaq və hətta soyuq görünə bilər. Mavinin psixologiyası 10 ölkəni əhatə edən sorğu göstərdi ki, mavi dünya miqyasında insanlar üçün ən populyar, sevimli rəngdir, kişilər isə qadınlardan daha çox mavi rəngə üstünlük verirlər.
Bu rəngin bizə psixoloji təsiri varmı? Rəng psixologiyası bizə müəyyən rənglərin insanın əhval-ruhiyyəsinə, duyğularına və davranışlarına təsirləri haqqında çox şey deyir. Mavinin psixologiyası haqqında bildiklərimiz budur; Mavi bir çox insan tərəfindən bəyənildiyi üçün ona çox vaxt mühafizəkar və ənənəvi görünə bilən qeyri-təhdidedici rəng kimi baxılır. Mavi sakitlik və rahatlıq hissləri yaradır. O, çox vaxt dinc, sakit, təhlükəsiz və nizamlı kimi təsvir olunur. Mavi sabitlik və etibarlılıq əlaməti kimi qəbul edilir. Təhlükəsizlik imicini proyeksiya etmək istəyən bizneslər reklam və marketinq səylərində tez-tez mavi rəngdən istifadə edirlər. Mavi kədər və ya uzaqlıq hissi yarada bilər. Pikassonun "mavi dövründə" çəkdiyi rəsmlər kimi mavi rəngi çox əks etdirən rəsmlərin necə tənha, kədərli və ya kimsəsiz görünə biləcəyini düşünün. Mavi rəng tez-tez ofisləri bəzəmək üçün istifadə olunur, çünki araşdırmalar göstərir ki, insanlar bu zaman daha məhsuldar və yaradıcı olurlar. Mavi otaqlarda işləmək insanlara həvəsə verir.
Mavi rəngə verdiyimiz məna bir neçə amil əsasında dəyişə bilər, bunlardan bəziləri mədəniyyətimiz, mənəviyyatımız, simvolizmimiz və s. hesab edilir.
Mənbə: verywell
Tərcümə etdi: Gülnisə Əfkari
