
"National Sleep Fedaration" iki illik araşdırmadan sonra hər yaşda olan insanların sağlam olmaq üçün bir gecədə orta hesabla nə qədər yatması lazım olduğunu izah edib. Yuxusuzluğun insanların piylənmə, diabet və ürək xəstəlikləri riskini artırdığına diqqət çəkən mütəxəssislər, bütün yaş qrupları üçün uyğun bir müddət yatan insanların daha sağlam və məhsuldar həyat sürəcəklərini bildiriblər. Araşdırma nəticəsində 0-4 aylıq körpələrin gündə 14 saatdan 17 saata qədər yatmalı olduğu, 4-11 aylıq körpələr üçün bu müddət 12-15 saat, uşaqlar üçün isə 11-14 saat olduğu bildirilib.
Mütəxəssislər 3-5 yaş arası uşaqların gündə 10-13 saat yatması lazım olduğunu, 6-13 yaş arasında isə bu müddətin 9-11 saata qədər azaldığını bildiriblər. Mütəxəssislər 14-17 yaşlı yeniyetmələr üçün hər gecə 8-10 saat yuxunun kifayət etdiyini, 18-64 yaşlı böyüklər üçün isə 7-9 saata qədər azaldığını bildiriblər. Tədqiqatçılar deyirlər ki, 64 yaşdan yuxarı insanlar hər gün yalnız 7-8 saat yatmaqla sağlam həyat sürə bilərlər.
Mənbə: centralhospital.com
Tərcümə etdi: Fatimə Şükürova
