Bu gün:

Zədələnmiş saçları necə uzatmaq olar?


Dəfələrlə kəsilmiş saçların bir müddət sonra küsməyə və yavaş-yavaş uzanmağa başlaması hər qadının başına gələ biləcək bir vəziyyətdir. Bu saç problemi saçlarını uzatmaq istəyənlər üçün mənfi hallar yaradır. Ancaq saç tökülməsi adlanan bu saç problemi evdə qulluq vasitələri və saç baxımı ilə asanlıqla aradan qaldırıla bilər.   

Yavaş uzanan və sağlamlığını itirən saçlara əvvəlki halını qaytarmaq üçün müntəzəm qulluq tələb olunur. Baxmayaraq ki, bu baxım təcrübələri evdə özünüz edə biləcəyiniz sadə addımlardan ibarətdir, lakin saç baxım mərkəzlərində və ya salonlarda da tətbiq oluna bilər. Təbii baxım müalicəsi ilə yanaşı, hazır saç baxım məhsulları da zədələnmiş saçların böyüməsində təsirli olur. Zədələnmiş saçlar üçün evdə tətbiq olunan ən təsirli təbii üsul yumurta ağı maskasıdır. 

Bu maska tətbiqində saçlara yumurta ağı çəkilir və saçlar streç filmlə örtülür. Bir neçə saat gözlədikdən sonra saçlar ilıq su ilə yuyulur. Yumurta ağı maskası saçları qidalandırmaqla yanaşı onları canlandırır və onlara parlaq görünüş verir. Saçların İncəlməsinin qarşısını necə almaq olar? Saçları ən yaxşı qidalandıran başqa bir maddə də yağdır. Bu səbəbdən zədələnmiş saçların müalicəsində xüsusi yağ qarışıqları da təsirli olur. Rozmarin yağı, jojoba yağı və lavanda yağı kimi yağlar saç üçün ən yaxşı olan maddələr arasındadır. 

Bu yağların müntəzəm olaraq istifadəsi zədələnmiş saçları əvvəlki sağlamlığına qaytaracaqdır. Saçların zədələnməsinin də qarşısını alan bu saç baxım qarışıqlarının uzun müddət istifadəsi saç sağlamlığına müsbət təsir edir. Bunlardan başqa saç tökülməsinin qarşısını almaq üçün xüsusi saç baxım materialları və şampunlar da istifadə edilə bilər. Daimi istifadə edilən saç baxım yağları saçları parlaq və canlı göstərir.

Mənbə: Milliyet

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et