"Pluviophile" sözü iki latın sözünün birləşməsidir: yağış mənasını verən "Pluvia" və nəyisə sevən birini təsvir etmək üçün istifadə edilən jarqon sözü olan "Phile".
Kimlərə pluviofil deyilir?
Plüviofil yağışla əlaqəli qoxu və səslərdən sevinc və daxili məmnunluq əldə edən hər hansı bir insandır. Yağış yağanda dünyanı daha gözəl görən hər kəs pluviofildir. Onlar üçün boz səma mavi səmadan daha cəlbedicidir, damdakı yağış damcılarının səsi qulaqlarına musiqi kimi gəlir, nəmli torpağın ətirli qoxusunu sevirlər. Bir çox insanlar yağışlı bir günü pis hava günü hesab edirlər. Plüviofilləri fərqli edən bu unikallıqdır.
Yaşlı və gənc pluviofillər yağışda öz dostluqlarından həzz alırlar. Yağışda gəzməyi və yağış suyunun üzərlərinə tökülməsini, hətta hamı ondan qaçanda belə, onlar bunu, çox sevir və həyəcanlanırlar. İndiki vaxtda bəzi pluviofillər qoxuları nəm torpağa çox uyğun gələn bədən ətirlərini satın alırlar.
Onlar bütün günü divanda uzanaraq, əllərində popkorn və ya isti içki ilə, sadəcə yağışın melodiyasına qulaq asmaqla keçirə bilərlər.
Fırtına nə qədər böyükdürsə, ildırım bir o qədər güclüdürsə, bu onlar üçün bir o qədər yaxşıdır.
Mütəxəssislərin fikrincə, yağış pluviofillərdə xoşbəxt xatirələri tətikləyir və buna görə də onu sevirlər.
Mənbə: Hürriyet
Tərcümə etdi: Gülay Qəribova
