
Göy qurşağının yaranmasını meteoroloji hadisə kimi təyin etmək olar. Günəş işığının duman buludları və yağış üzərində əks olunması nəticəsində əmələ gəlir. Vizual olaraq bənzərsiz bir mənzərə yaradan göy qurşağı mədəniyyətlər arasında fərqli şərhlərə məruz qalır.
Görünüşü ilə valeh edən göy qurşağı formalaşması ilə bağlı elmi və mifoloji təriflər tamamilə fərqlidir. Göy qurşağının əmələ gəlməsi ilə bağlı müxtəlif inancların elmi izahatlardan əvvəl uzun illər ortaya çıxdığını qeyd etmək olar.
Göy qurşağının əmələ gəlməsi və növləri
Günəş işığı düzgün bucaq altında yağış yağdıqda meydana gələn damcılara dəydikdə işıq sınır və əks olunur. Bu əks olunduqdan sonra işıq dağılır. Səpələnmiş işıq göydə göy qurşağı şəklində görünür. Damcılar daha böyük olduqda göy qurşağı daha aydın görünür. Göy qurşağı formalaşarkən günəş şüaları və yağış damcıları mütləqdir. Digər mühüm məsələ Günəşin səmadakı bucağıdır. Bucaq səhv olarsa, göy qurşağını görmək mümkün deyil.
Göy qurşağı bəzi kiçik detallara görə üçə bölünür.
İlki göy qurşağının ən çox yayılmış növüdür. Bu növün mərkəzi bucağı 42 dərəcədir. Başqa bir ad primitiv göy qurşağıdır. Rəng sxemində ən daxili rəng bənövşəyi, ən xarici rəng isə qırmızıdır.
Rənglərin ardıcıllığı:
Xaricdən içəriyə doğru qırmızı rənglə başlayır və narıncı, sarı, yaşıl, mavi, tünd göy və bənövşəyi rənglərlə davam edir.
Mənbə: Milliyet
Tərcümə etdi: Nəzri Süleymanova
